Icma.az
close
up
RU
Bütün jurnalistləri təbrik edirəm!

Bütün jurnalistləri təbrik edirəm!

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Mətbuatı- 150

Bildiyiniz kimi, tezliklə 150 illiyini qeyd edəcəyimiz Azərbaycan mətbuatının tarixi 22 iyul 1875-ci ildə “Əkinçi” qəzetinin nəşri ilə başlayır. Və biz, milli mətbuatımızın banisi kimi Həsən Bəy Zərdabini tanıyırıq. Bu gün mətbuatımızın keçdiyi yola nəzər yetirəndə, onu dörd dövrə ayırmalı oluruq. 1-ci Çar Rusiyasının dövründə işıq üzü görən mətbuat, 2-ci sovet dövrünün mətbuatı, 3 və 4-cü hərc mərclik və müstəqillik dövrünün mətbuatı...
Çar Rusiyasının dövründəki mətbuatımız daha çox milli təfəkkürün inkişafına xidmət edirdisə, sovet dövründəki mətbuatımız sosialist quruluşunun ideyalarını təbliğ edirdi. Hərc mərclik dövrünün mətbuatında isə, dərəbəylik hökm sürürdü. Kim kimi istəyirsə tənqid atəşinə tutur, daha çox qudurmuş oliqarxlarla mübarizə aparırdı. Hərc mərclik dövründən müstəqillik dövrünə adlayan mətbuatımız isə, ilk illərdə köhnə qaydalardan ayrıla bilmirdi. Demək olar ki, bütün partiyaların, o cümlədən imkanlı şəxslərin hər birinin qəzetləri var idi. Bu qəzetlər əsl mətbuatı yox, müxtəlif maraqları ifadə edirdi...
Tarixə nəzər yetirsək, keçdiyi bütün dövrlər mətbuatımız üçün kəməkeşli olub. İnternet mənbələrində araşdırdıqca məlum olur ki, "Əkinçi" qəzetinin ilk nömrəsinin ərsəyə gəlməsində Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani yaxından iştirak ediblər. "Əkinçi" elm, maarif, mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafına, yeni tipli məktəblərin yaradılmasının zəruriliyinə aid materiallar dərc edirdi. Qəzetin qazandığı ən böyük uğurlar ilk növbədə onun dilinin xalq dilinə yaxın, sadə və səlis olması idi. Xalqın elmi və mədəni cəhətdən tərəqqi etməsi uğrunda çalışan "Əkinçi" qadın azadlığı və qadın təhsili ideyasını təbliğ edən ilk Azərbaycan qəzeti olub. O, dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar edirdi. Qəzetdə təbiət elmləri və kənd təsərrüfatının inkişafı ilə bağlı elmi-kütləvi məqalələr verilirdi, vəssalam...
XX əsrdə isə Azərbaycan dilində çıxan ilk qəzet Məhəmməd ağa Şahtaxlinskinin 1903-cü ildə Tiflisdə buraxdığı ictimai-siyasi, iqtisadi, elmi, ədəbi "Şərqi-rus" qəzeti olub. Bəli, bu qəzetin də Azərbaycanda ictimai fikir tarixinin inkişafında xüsusi yeri var idi. Qəzetdə dünyəvi elmlər, ana dili, qadın azadlığı ilə bağlı mütərəqqi fikirlər öz əksini tapırdı. "Şərqi-rus" qəzeti Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Hüseyn Cavid kimi bir sıra mütəfəkkirləri öz ətrafında birləşdirə bilmişdi. Qəzetin ən böyük xidmətlərindən biri də Cəlil Məmmədquluzadəni bir jurnalist kimi üzə çıxarması oldu...
Çar hökumətinin oktyabr bəyannaməsindən sonra ölkənin hər tərəfinə yayılan mətbuat surətlə inkişaf etməyə başlamışdı. 1905-ci ildən başlayaraq Bakıda qəzetlər sürətlə inkişaf edirdi. Şübhəsiz ki, bu işdə çarın 17 oktyabr tarixli manifesti az rol oynamamışdı. Mətbuat sahəsində senzura qismən zəifləmişdi. Bu illərdə Bakıda 63-ə qədər qəzet və jurnal çap olunurdu. Bu qəzetlərdən çoxunun ömrü qısa olsa da, elə qəzetlər var idi ki, istər ölkə daxilində, istərsə də xarici ölkələrdə öz yüksək professionallığı və intellektuallığı ilə çoxlu abunəçilər toplaya bilmişdi. Savadsız abunəçilər isə "Molla Nəsrəddin" məcmuəsini səhifələrində çap edilən kəskin siyasi karikaturalara görə alırdılar...
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra isə mətbuatın inkişafı daha çox partiyalı mövqe ilə bağlı idi. Respublikanın “Kommunis”, “Bakinski raboçi”, “Vışka”, “Azərbaycan gəncləri” və sair tanınmış mətbuat orqanlarında kommunist ideologiyası ilə bağlı məsələlərlə yanaşı, respublikanın iqtisadi, elmi, mədəni inkişafı ilə əlaqədar problemlər də öz əksini tapırdı...
Sovet hökuməti dağılandan sonra meydana bir sıra müxalifyönlü qəzetlər gəldi. Bu qəzetlər daha çox hərc mərcliyə xidmət edir, ölkədə sabitliyin pozulmasına çalışırdı. Yaxşı yadımdadır, “Azadlıq”, “Hürriyyət”, “Hesabat” və sair bunlara bənzər qəzet və jurnallar tənqidi yazıları ilə mövcud hökumətə qarşı müxalifət ordusu yetişdirirdi. Məmurların özbaşnalığından, var-dövlətə hərisliyindən bəhs edən yazılarla insanlar arasında narazı kütlələr yaradırdı. Bir sözlə, mətbuatımızın hərc mərclik dövründə pornoqrafiyadan tutmuş, əyləncə xarakterli qəzetlərin say-hesabı yox idi...
İllər ötdü, əsl müstəqil qəzetlər meydana gəldi. Onların arasında tənqidi mətbuatla yanaşı, maarifləndirici, milli mənəvi dəyərləri təbliğ edən qəzet və jurnallar da çox idi. Onların əksəriyyəti bu gün sıradan çıxsa da, əvəzinə xeyli onlayn mətbuat- sosial media yarandı. Onlar isə daha çox xəbər xarakterli portallardır. Çox güman ki, nə vaxtsa bu portalların da böyük əksəriyyəti bazar iqtisadiyyatında iflasa uğrayacaq. Çünki Azərbaycan dünya dövlətləri arasında balaca ölkədir. Statiskaya görə on milyon əhalisi var. Və bu xəbər portallarının hamısı bir-birinin təkrarıdır. Birində gedən məlumatı digərlərindən də oxumaq olur...
Nə isə, o ki qaldı jurnalistlərimizə, bu sahədə XIX, XX əsrə nisbətən xeyli irəliləyiş var. Əgər ötən dövrlərdə bu sahəni əsasən qeyri-peşəkar jurnalistlər zəbt etmişdisə, bu gün peşəkar jurnalistlərdən ibarət bir ordumuz var. Bu ordunun yetişməsində Nəsir İmanquliyev, Mir Cəlal Paşayev, Şirməmməd Hüseynov, Qulu Məhərrəmli və digər alim-müəllimlərimizin böyük rolu olub. O ki qaldı istedadlı jurnalistlərimizə, onların sayı o qədər çoxdur ki, qorxuram adlarını sadalasam kimlərisə unutmuş olaram...
Bəli, qarşıdan Azərbaycan Mətbuatının 150 illiyi gəlir. Mən də ənənəyə sadiq qalıb, bu bayram ərəfəsində xoş şeylərdən danışdım. Problemlər həmişə olub, var, olacaq da. Axı, harada insan amili varsa, orada problem də var...
Fürsətdən istifadə edib, bütün jurnalistləri təbrik edirəm!

Hörmətlə, Elman Eldaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 İyul 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see326

Azərbaycan Gürcüstan sərhədi ilə bağlı daha bir ŞAD XƏBƏR

25 İyun 2026 21:50see245

Azərbaycanda dəhşət: Keçmiş həyat yoldaşı bağça müdirini iş otağında bıçaqladı

25 İyun 2026 20:44see241

Yaponiya İsveçə qarşı

26 İyun 2026 02:36see199

Niyə Ermənistanda 25, Gürcüstanda 30, bizdə isə 17%?

25 İyun 2026 20:50see195

Rütte Ankarada Trampı NATO nun əhəmiyyətinə inandırmaq istəyir

26 İyun 2026 01:25see194

Dekolonizasiya coğrafiya tanımır

26 İyun 2026 02:47see191

Zaqar dəri xərçənginin yaranma ehtimalını artırır

26 İyun 2026 02:41see190

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see189

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see186

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see182

Ronaldodan Oçoaya “Səndən cavan görünürəm”

25 İyun 2026 20:44see180

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see174

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see173

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see172

Şahin Bağırov: Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir

25 İyun 2026 21:49see168

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see168

Venesueladakı zəlzələlərin intervalı alimləri heyrətə gətirdi

26 İyun 2026 00:52see167

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see167

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri