Icma.az
close
up
RU
“Bütün kişilər və qadınlar belədir”: Niyə cəmdə danışırıq?

“Bütün kişilər və qadınlar belədir”: Niyə cəmdə danışırıq?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

“Bəzi insanlar kiməsə əsəbiləşəndə, qarşısındakı şəxslə bağlı əsəbini ümumiləşmiş formada deyir. Yəni “bütün kişilər və ya bütün qadınlar belədir” kimi cümlələr qururlar”.

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib.

O, bunun səbəblərindən danışıb:

“Əgər biz hər hansı bir mövzuda ümumiləşmə aparırıqsa, məsələn, “bütün dostlar belə edir” deyirik. Deməli, qarşımızdakı “dost” deyəndə ağlımızda tutduğumuz hər şeyin cəmi olub. Yəni biz ümumiləşdirmələr edib qarşımızdakını pisləməyimiz o adama normadan çox dəyər verdiyimizi göstərir.

Bu səbəbdən də onun bir səhvi artıq təkcə onun üzərinə verilməyəcək qədər böyükdür. Məsələn, mən desəm ki, “dostum pis insandır”, beynim bunu əsla qəbul etməyəcək. Çünki özümdə onu çox “müqəddəs”ləşdirmişəm. Lakin onsuz da “bütün dostlar belədir” deməklə öz dostumun “müqəddəs” olduğu hissini qoruyuram. Ona verdiyim günahı digər insanlarla da bölüşdürürəm”.

Ekspert qeyd edib ki, böyük ehtimalla, insanlar da ümumiləşdirmələri bu cür aparırlar:

“Onlar umduğu şeyi görə bilmədiyi adama verdiyi reaksiyanın hamısını yaraşdırmır. Üstəlik, davamında o reaksiyanı bölərək, başqalarına da şamil edirlər. Əslində, insanlar bu cür ümumiləşdirmələr edərkən nəzərdə tutduğu şəxslər əlavə dəyər verdikləri adamlardır. Yəni o an qarşısındakına qarşı normadan çox gözləntidə olurlar. Əks halda, qarşısındakı şəxsi bütündə deyil, sadəcə individualda günahlandırardılar”.

Psixoloqun sözlərinə görə, vətəndaşlarımızın müsbəti də cəm halında dilə gətirmə faizi çox yüksəkdir:

“Məsələn, hansısa bölgələrin adamları üçün “mərd kişilər olurlar” sözləri istifadə olunur. Əslində, bu da 100 faiz həqiqəti əks etdirmir. Lakin oradakı ümumiləşdirməyə kimsə etiraz etmir. Kimsə çıxıb mərd olmadığını söyləmir.

Əksinə, bu ümumiləşdirmə xoşumuza gəlir, hətta biz də həmin insanları elə görməyə başlayırıq. Yəni bizim danışıq üslubumuzda individuala endirmə yoxdur. Böyük ehtimalla, nəyisə individual dəyərləndirəndə əlavə məsuliyyət tələb edir. İnsanlar məsuliyyətdən qaçdığı üçün cəm halında ifadələrdən istifadə edirlər”.

Əfsanə Rüstəmova sözlərini nümunə ilə də gücləndirib:

“Məsələn, mən desəm ki, “tanıdığım ən pis psixoloq Əfsanədir”, onunla üz-üzə qalacağam. O da mənə zəng edib, “harada pislimiyi gördün?” deyəcək. Nəticədə münaqişə yaranacaq. Lakin mənim Əfsanə ilə konfliktim olsa da “psixoloqların gəl-getləri olur” sözüm eyni effekti verməz.

Çünki burada birbaşa onu hədəf göstərmirəm. Hətta o və ya başqa biri soruşsa belə, deyəcəm ki, “canım, sən istisnasan”. Yəni belə ümumiləşdirmə bizim insanların məsuliyyət alma duyğusundan qorxduğunu göstərir”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: Psixoloq Əfsanə Rüstəmova

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri