Bütün mərmilər zəng edir kimsəsiz evlərə... Günün şeiri
Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Kulis.az "Günün şeiri" layihəsindən Tural Turanın "Müharibə başladı" şeirini təqdim edir.
...Saat altıdır,
oyanır yuxudan
göyüzünün radiosu:
-Salam, Azərbaycan!
Danışan müharibədir!
Eşidirsinizmi bizi?
Çağırışına cavab verin
hər mərminin, gilizin...
Sonra bütün mərmilər
zəng edir kimsəsiz evlərə:
- Kimsə var?
Uzaq yoldan gəlmişik.
Hanı körpə uşaqlar,
atalarından
xəbər gətirmişik...
On dəqiqə sonra
Hamı dönür əsgərə!
Vətənin alnı qırışır,
Bütöv bir vətən
çevrilir səngərə:
- Alo,
artıq çıxmışıq komamızdan!
Evdə "qonaq" qarşılamağa
ağ-qara şəkillər var,
bir də körpə dualar...
Sülh üçün savaşa
Salam var hamımızdan!
...Sonra söndürür
Göyüzü radionu...
Elə ilk gün və müharibənin sonu...
Sentyabr, 2020
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Sentyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















