“Bütün ölkə boyu narahatlıq var” Pensiyaların gecikməsi hər şeyi altüst edib KONKRET
Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Dəyərli media əhli! Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. Neçə illər idi pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir”.
KONKRET.az xəbər verir ki, bu sözləri jurnalist Razi Abbasbəyli bildirib.
O daha sonra fikirlərini belə davam etdirib:
“Hər günə 1.20 AZN faiz cərimə hesablanır.
Pensiyaların ödəniş qrafikinin dəyişməsi (hər halda son bir neçə aydır belədir) əlavə cərimələrin yaranmasına səbəb olur.
Ya rəsmi qurumlar banklara onsuz da çətin durumda olan təqaüdçülərlə bağlı gecikmə faizi hesablanmaması barədə müzakirə aparsın, ya da banklar yeni qrafik tətbiq etsin.
Onsuz da pensiyasının yarıdan çoxunu müalicəsi üçün kreditə ödəyən ata, analarımız bir də gecikməyə görə faiz cəriməsi ödəməsin.
Bu mövzunu diqqətdə saxlayaq. Bütün ölkə boyu narahatlıq var”.
Günel Mikayılova,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 04 Noyabr 2024 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















