Icma.az
close
up
RU
Bütün problemlərin kökündə ədalətsiz kadr siyasəti dayanır

Bütün problemlərin kökündə ədalətsiz kadr siyasəti dayanır

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Müasir idarəetmənin əsas təməl prinsiplərindən biri düzgün kadr siyasətinin həyata keçirilməsidir. Xidmətin inkişafı rəhbər vəzifələrdə çalışan şəxslərin bilik və bacarıqlarından asılıdır. Lakin son dövrlərdə müşahidə olunan neqativ tendensiyalar göstərir ki, kadr seçimi zamanı savad, peşəkarlıq və vicdanlılıq kimi keyfiyyətlər ikinci plana atılır. Bunun əvəzinə şəxsi maraqlar, qohumbazlıq, tamahkarlıq və yaltaqlıq üstün tutulur. Bu cür yanlış yanaşmalar idarəetmə sistemində ciddi problemlərə və xidmətin inkişafının qarşısının alınmasına səbəb olur.
Düzgün aparılmayan kadr siyasətinin əsas fəsadlarından biri savadsız və qeyri-peşəkar şəxslərin vəzifələrə gətirilməsidir. Belə şəxslər yalnız şəxsi maraqlarını düşünərək, tutduqları mövqeyə məsuliyyətlə yanaşmır, səriştəsizlikləri ilə sistemin fəaliyyətini iflic vəziyyətinə salırlar. Bir qurumda əsas vəzifələri peşəkar şəxslər deyil, müəyyən əlaqələr hesabına irəli çəkilən adamlar tutursa, bu, həmin qurumun çöküşü deməkdir. Savadsız rəhbərlər öz səriştəsizliklərini gizlətmək üçün bacarıqlı insanları ya sıxışdırır, ya da onların fəaliyyətini məhdudlaşdırmağa çalışırlar. Bu isə sistemin daxildən çürüməsinə və perspektivli kadrların kənarda qalmasına gətirib çıxarır. Digər ciddi problem tamahgir və korrupsiyaya meyilli şəxslərin rəhbər vəzifələrə gətirilməsidir. Belə insanlar üçün əsas məqsəd vəzifədən sui-istifadə edərək şəxsi var-dövlətlərini artırmaqdır.
Rəhbər vəzifələrdə yalançı və riyakar şəxslərin olması da ciddi təhlükə yaradır. Belə insanlar iş prosesində saxtakarlığa yol verərək reallığı təhrif edir, problemləri ört-basdır etməyə çalışır, üst rəhbərliyə yalan məlumatlar ötürürlər. Yalan üzərində qurulan idarəetmə sistemi isə gec-tez iflasa uğrayır. Çünki problemlərin həlli üçün real tədbirlər görülmədikdə, onlar daha da dərinləşir və nəzarətdən çıxır. Riyakar və ikiüzlü şəxslər öz məqsədlərinə çatmaq üçün istənilən vasitədən istifadə edir, insanları bir-birinə qarşı qaldırır, yersiz intriqalar yaradırlar. Nəticədə iş mühiti pozulur, kollektivin birliyi sarsılır.
Bütün bu problemlərin kökündə ədalətsiz kadr siyasəti dayanır. Əgər vəzifələrə şəxsi münasibətlər, qohumluq əlaqələri və ya maddi maraqlar əsasında seçim edilirsə, həmin sistemdə heç bir inkişafdan söhbət gedə bilməz. İdarəetmədə əsas meyar peşəkarlıq, vicdanlılıq və məsuliyyət olmalıdır. Hər bir vəzifəyə təyin edilən şəxs öz sahəsini mükəmməl bilməli, vətəndaşların hüquqlarını qorumalı və dövlətin maraqlarını şəxsi mənfəətdən üstün tutmalıdır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:267
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 24 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri