Icma.az
close
up
RU
Bütün xəstəliklərin təməli yod çatışmazlığı

Bütün xəstəliklərin təməli yod çatışmazlığı

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyanın 130 ölkəsində ciddi sağlamlıq problemi hesab edilən yod çatışmazlığı uşaqlarda inkişafı ləngidir, böyüklərdə isə zob və döş xərçənginə səbəb olur. Yod əksikliyi orqanizmdə erkən yaşlarda başlayaraq heç bir əlamət hiss etdirmədən inkişaf edir, zob və qalxanabənzər vəzin xəstəliklərinə səbəb olur.

Qeyd edək ki, insan orqanizmi başqa beyin olmaqla bütün orqanların qaydasında işləməsi, inkişaf etməsi üçün yoda ehtiyac duyur. Xüsusilə hormonların fəaliyyətində əvəzsiz hesab edilən yod orqanizmdə çatışmasa ciddi xəstəliklərə yol açır. İnsan orqanizmi yod istehsal edə bilmir, buna görə də kənardan qəbul etməsi vacibdir. Biz adətən yodu duzlardan və yodlu torpaqlarda yetişdirilmiş qidalardan qəbul edirik. Dəniz məhsullarının tərkibində də bol yod var. Orqanizm yod əksikliyini həzm yolu ilə qəbul etməlidir.

Statistikaya görə, dünyada 1,88 milyard nəfər, o cümlədən 241 milyon məktəbyaşlı uşaq yod çatışmazlığından əziyyət çəkir. Sutkalıq yod dozası yaşı 6-dək olan uşaqlar üçün 90 mkq, 6-12 yaş arasındakı uşaqlarda 120 mkq, yaşı 13-dən yuxarı olan və yetkin insanlarda 150 mkq təşkil edir. Hamilə və laktasiya dövründə olan qadınlar isə sutkada 250 mkq yod qəbul etməlidirlər. Təəssüf ki, yer kürəsi əhalisinin təxminən üçdəbir hissəsi təbii yodun mövcud olmadığı yerlərdə yaşayır. Yod çatışmazlığına qarşı aparılan ən geniş yayılmış mübarizə strategiyası duzun yodlaşdırılmasıdır və hazırda dünyanın 120 ölkəsində həmin üsuldan istifadə olunur. Bir çox ölkələr bu işdə uğur qazanıb. Qeyd edək ki, süd məhsulları da yod mənbəyi hesab edilir. Odur ki, süd verən heyvanların yem məhsullarının yodlaşdırılması da əsas məsələlərdən biridir.

Yod çatışmazlığını halsızlıq, dəri quruluğu, saç tökülməsi, dərinin sərtləşməsi, qəbzlik, soyuğa dözümsüzlük, menstural tsiklin pozulması, saç və dırnaqlarda qırılmalar, piylənmə, yaddaş problemləri, diqqət pozuqluğu, depressiya, isterik hərəkətlər, ürək və ağcıyər yetməzliyi kimi əlamətlərlə anlamaq olar.

Xüsusilə hamilə və laktasiya dövründəki analarda yod əksikliyi ciddi problemlərə yol aça bilər. Hamilələrdə yod ehtiyacı iki dəfə artıq olur, əgər anada ciddi yod əksikliyi varsa bu yarımçıq hamiləliyə, erkən doğuşa, anormal uşaq doğmağa və doğulan uşaqda anadangəlmə qalxanabənzər vəzin xəstəliklərinə səbəb ola bilər. Bundan əlavə ana yod ehtiyacını lazımı qədər təmin edə bilməsə bətnindəki körpəsi zehni problemlərlə doğula bilər. Uşaqlarda yod çatışmazlığı yaddaş və əqli problemlərə yol açır. Yaşının nəsilartırma mərhələsində olan qadınlarda yod çatışmazlığı hamiləliyin baş tutmamasına təkan verir. Hamilələrdə yod təlabatı döl əsasən 2-3 aylıq olarkən rastlanır, bu aylarda ana bətnindəki körpənin beyin inkişafı demək olar ki, tamamlanır.

Yod təminatını daha çox yodlu duzlardan alırıq, bundan əlavə dəniz məhsulları, pendir və qatıq, yumurta, tərəvəzlər də yod mənbəyidir. Bir kasa qatıq gündəlik yod ehtiyacının təxminən 60%-ni , 1 stəkan süd 40%-ni , 1 yumurta 20%-ni təmin edir. Meyvələrin tərkibində az olan yod karolyokun (xurma) və çiyələyin tərkibində nisbətən çoxdur.

İspanaq, soya paxlası, şalğam, pazı, balqabaq, quru paxla və sarımsaq kimi tərəvəzlərin yod nisbəti yüksəkdir. Bu tərəvəzləri eyni zamanda vitamin qaynağı və antioksidan olaraq istehlak edə bilərsiniz. Qidalardakı yod miqdarı yetişdikləri torpağın yod nisbətinin az və ya çox olması ilə əlaqədardır. Balıqlar (xüsusilə, duzlu su balıqları ) yod baxımından olduqca zəngindir və yod qaynağı olaraq istehlak edilə bilər. Yüksək yod faizi olan yodlu balıqlar arasında ilk sıralarda ton balığı, vitinq, soyuq su və dərin dəniz balıqları yer alır. Krevet və digər qabıqlı dəniz canlıları da yod çatışmazlığının qarşısını almaq üçün istifadə edilə bilər.

1 qram yodlu duzdakı yod miqdarı 70 mikroqramdır, yəni orqanizm hər gün 2 qram yodlu duz qəbul etsə gündəlik yod ehtiyacını ödəmiş olur. Yodlu duz qəbul etdiyimiz müddət ərzində bədən təlabatını qarşılayır, amma yodlu əvəzində sadə duz istifadə etdiyimiz gündən etibarən bədən yenə yod çatışmazlığı yaşayacaq. Çünki orqanizm özü yod istehsal edə və depolıaya bilmir, bu səbəbdən də gündəlik qəbul edilməsi vacibdir. Yodlu duz nəm olmayan sərin yerdə, şüşə qabda saxlanmalıdır. Bundan əlavə, yodun uçmaması üçün yeməyə duzu bişib qurtardıqdan sonra və ya süfrəyə verərkən əlavə edilməlidir. Yemək qaynayanda duzun tərkibindəki yod təsirini itirir.

Etiraf edək ki, mağazalarda yodlaşdırılmış duz adı ilə texniki duz satılır. Ölkədə yodsuz duzun satışı qadağandır, hətta qanuna görə heyvanlara yem məqsədilə verilməsi də qadağandır. Lakin supermarketlərdə bu cür yodsuz duzlar satılır. Bu duzlar xüsusilə böyük şəhərlərdə çox yayılıb. Duz alarkən buraxılma tarixi və yaralılıq müddətinə diqqət yetirilməlidir. Çünki əsl duzda bu yazılar döymə üsulu ilə vurulur, kustar üsullarla hazırlanan duzlarda isə adi yazı ilə yazılır.

Qeyd edək ki, tərkibində 99,8 faiz natrium-xlorid olan duz kefiyyətli sayılır. Bunlar ekstra duzlardır və beynəlxalq tələblərə cavab verir. Ölkəmizdə 2001-ci ildə qəbul olunan “Duzun yodlaşdırılması haqqında” qanunun 8.3-cü maddəsinə əsasən, yodlaşdırılmamış duzun qida və yem məqsədilə istehsalı, satışı və ölkəyə daxili qadağan olunub. Bu MDB məkanında yeganə qanundur və effektiv olacağı elə qəbul edildiyi zaman hiss edilirdi. Bu səbəbdəndir ki, qanunun qəbulundan sonra Azərbaycanda bu xəstəliklərin miqdarı dəfələrlə azalıb. Azərbaycanda yodlaşdırılmış duzdan istifadə edən əhalinin faiz göstəricisi 2001-ci ildə 41 faiz idisə 2007-ci ildə bu faiz göstəricisi 77 faiz oldu.

Lalə Mehralı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:334
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 May 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri