İranda 40 milyon azərbaycanlının bir məktəbi də yoxdur AÇIQLAMA
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
"İranda 40 milyona yaxın azərbaycanlının yaşaması ilə bağlı iddialar var və o cümlədən başqa etnik qruplar da var. İranda təkcə azərbaycanlılarla bağlı nə təhsil, nə də orta məktəblər var. Bütün bunların hamısı insan haqlarının pozulması ilə bağlı bir məsələdir".
Bu sözləri Redaktor.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli dedi.
O, qeyd etdi ki, İran hökuməti ölkəsindəki vəziyyəti görməzdən gələrək Azərbaycana təhsillə bağlı müəyyən mesajlar, istiqamətlər verib:
"Heç o cavabı gözlətmədən Elm və Təhsil Nazirliyi də məsələyə cavab verib. Azərbaycan QHT-lərinin də etdiyi təşəbbüs, düşünürəm ki, haqlı və yerində olan bir təşəbbüsdür. Orada ermənilər az olsa da, məktəbləri var, ərəblərə, digər xalqlara aid məktəblər var və öz dillərində dərs keçirilir. Ancaq təəssüf olsun ki, 40 milyon azərbaycanlının hələ bu gün də məktəbi yoxdur".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 27 Oktyabr 2026 18:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















