Icma.az
close
up
RU
Buxovlar qırıldı: İki qardaş ölkənin güc göstəricisi

Buxovlar qırıldı: İki qardaş ölkənin güc göstəricisi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, 1978-ci ildən bəri Türkiyədə fəaliyyət göstərən PKK (Kürdüstan Fəhlə Partiyası) özünü buraxdığını elan edib. Bu, Türkiyə üçün 47 illik təhlükəsizlik və sabitlik probleminin aradan qaldırılması, yəni ciddi bir buxovun qırılması anlamına gəlir. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə aparılan qətiyyətli mübarizə öz nəticəsini verib.

Bu mühüm hadisə ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarına təbrik məktubu ünvanlayıb. Dövlət başçısı məktubunda qeyd edib ki, “Terrorsuz Türkiyə” hədəfinə doğru atılan bu addım ölkədə aparılan prinsipial siyasətin, güclü liderliyin, sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir.

Qeyd edək ki, analoji bir addımı Azərbaycan da 2023-cü ildə atmışdı. Qarabağda qanunsuz şəkildə fəaliyyət göstərən erməni separatçıları qısa müddət ərzində ərazilərimizdən çıxarılmış, ölkə suverenliyi tam şəkildə bərpa olunmuşdu.

Bu iki mühüm dönüş nöqtəsi – PKK-nın sıradan çıxarılması və Qarabağdakı separatizmin ləğvi – Azərbaycan və Türkiyənin regionda böyük gücə çevrilməsi yolunda daha əmin addımlarla irəlilədiyini göstərir.

Asif Nərimanlı

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, erməni separatizmi Azərbaycan üçün əsas problemlərdən biri idi. Qarabağın işğalı və erməni separatizminin davam etməsi Azərbaycanın böyüməsinə və regional gücə çevrilməsi prosesinə mane olan başlıca faktorlardan idi:

“PKK terrorçuları da Türkiyə üçün eyni xarakterli bir buxov idi. İndiyədək həm Türkiyənin, həm də Azərbaycanın inkişafında maraqlı olmayan xarici qüvvələr bu problemlərdən istifadə edərək hər iki ölkəyə təzyiq göstərirdilər. Ölkə daxilində terrorçuların fəaliyyət göstərməsi isə strateji addımlara mənfi təsir edirdi. Prezident Əliyev erməni separatizmini neytrallaşdırdı, Prezident Ərdoğan isə PKK məsələsinin üzərinə qətiyyətlə getdi. PKK-nın özünü buraxdığını elan etməsindən sonra müəyyən çətinliklərin yaranması gözləniləndir. Bu, PKK üçün sonun başlanğıcıdır və geriyə dönüş artıq çətindir”.

Siyasi şərhçinin fikrincə, Azərbaycan-Türkiyə tandemi Avrasiya məkanında yeni bir güc kimi formalaşmaqdadır:

“Azərbaycan və Türkiyə son illərdə regionda güclənmək istiqamətində böyük məsafə qət ediblər. Lakin separatizm və terrorizm kimi problemlər bu yolun qarşısını kəsirdi. Bəzən bu problemlər iki ölkə üçün tramplin funksiyası daşıyır və onları geri salırdı. Artıq bu maneələr aradan qaldırılıb. Bununla belə, Azərbaycanın və Türkiyənin regionda aktiv və həlledici gücə çevrilməsi yeni əngəllərlə müşayiət oluna bilər. Lakin bu əngəllər, keçmişdə erməni və kürd separatizminin törətdiyi ziyan qədər təsirli olmayacaq”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri