Icma.az
close
up
RU
İki qardaş ölkənin media qurumları arasında əməkdaşlıq vacibdir Ekspert

İki qardaş ölkənin media qurumları arasında əməkdaşlıq vacibdir Ekspert

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu yerli medianın fəaliyyətində canlanma yaradıb, media nümayəndələrinin, həmçinin sahə ilə əlaqədar aidiyyəti qurumların daha sıx və peşəkar münasibətlərinin qurulmasına böyük təkan verib.
Bununla bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Azərbaycanla Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi həmişə arzu edilən bir məqam olubdur:
“Bunu təşkil etməkdən ötrü çoxsaylı modellər təklif edilib. Azərbaycan müstəqilliyini elan etdikdən sonra Azərbaycan-Türkiyə mediasını bir araya gətirmək üçün müxtəlif forumlar keçirilibdir.  Amma son 5 il müddətində bağlanmış platforma bütün bu 10 illiklər ərzində arzulanan bütün məsələləri yerinə tetirmiş oldu. Türkiyə-Azərbaycan mediası arasında Anlaşma Memorandumunun bağlanması, vahid mövqədən çıxış etməsi, bir-birinə informasiya dəstəyi verməsi, informasiya, təcrübə mübadiləsi aparılması hər iki ölkənin mediası və özü üçün maraqlı oldu. Çünki müştərək problemlərimiz var idi. Hər iki ölkəyə qarşı xarici dövlətlər və güc mərkəzləri tərəfindən dezinformasiya savaşı aparılırdı. Bütün bu informasiya çirkliliyinin aradan qaldırılması, dezinformasiyala qarşı mübarizələrin təmin olunması və hər iki ölkənin layiq olduğu imicin beynəlxalq ictimaiyyətdə qorunması üçün iki qardaş ölkənin media qurumları arasında əməkdaşlığı vacibdir”.
Ekspert əlavə edib ki, imzalanmış platforma bu işi konkret şəkildə həyata keçirməyə imkan verir:
“Yəni, Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlıq memorandumunu imzalanması indiyə qədər arzulanan hal idi. İkinci Qarabağ savaşı dövründə Türkiyə mediasının, Azərbaycan mediasına dəstək verməsi, informasiyaya dəstək verməsi, hər iki medianın yaxından əməkdaşlıq etməsi uğurlu bir model yaratdı. Azərbaycanla Türkiyə mediası arasındakı uğurlu model bütün türk dövlətlər arasında təmin olunmalıdır, təşkil edilməlidir. Bu istər türk xalqlarının yaxınlaşması, istərsə də onların müştərək ortaq işlərini, problemlərini aradan qaldırması üçün informasiya dəstəyinin verilməsi baxımdan çox önəmlidir.  Azərbaycanın çoxsaylı jurnalistləri, Türkiyənin media qurumları, media təşkilatları tərəfindən təşkil olunan təlimlərdə, təcrübə kurslarında iştirak edirlər. Azərbaycan-Türkiyə mediası arasında hər tərəfli əməkdaşlığın təmin olunması həm bu, bizim media ictimaiyyəti üçün, həm də Azərbaycan-Türkiyə dövlətləri, millətləri, xalqları üçün vacib olan elementlərdən biridir”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri