Icma.az
close
up
RU
Buzovna Boz oğuzların məskəni

Buzovna Boz oğuzların məskəni

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Buzovna kəndi qədim yaşayış yerlərindəndir, burada əhali əsasən əkinçilik və bostançılıqla məşğul olub. Bu yaxınlarda hardasa oxudum ki, guya yerli camaat burada öskürəyə qarşı bitən buzovna adlı otdan istifadə etdikləri üçün kəndin adı Buzovna qalıb. Əlbəttə, gülünc və əsassız ehtimaldır.

Bəziləri isə buranı axar-baxarlı məkan kimi Bəzanə adlandırırmış. Rəhimağa İmaməliyev “Bakı kəndləri” ensiklopedik məlumat kitabında bu kəndin tarixi haqqında doğru-dürüst bilgilər verir.

Məşhur şərqşünas Mirzə Kazım bəyin tələbəsi İlya Berezin Bakıətrafı kəndləri gəzmiş, burada tədqiqatlar aparmış və bu tədqiqatların nəticəsi olaraq “Abşeron yarimadasına səyahət” (1845) əsərini yazmışdır. Berezin Buzovnanın mənşəyini ilk dəfə elm aləminə açıqlamışdır. Onun gəldiyi nəticəyə əsasən, “Buzovna” adının mənası Boz oğuzlarla əlaqəlidir.

1842-ci ildə burada 1300 nəfərə yaxın əhali yaşayırmış. Abbasqulu ağa Bakıxanovun ulu babası Bakı sultanı, polkovnik Dərgahqulu bəy Heybətbəy oğlu bu kənddə yaşayıb ömür sürmüşdür. “Abbasqulu ağa Bakıxanov” Fondunun sədri Hüseynağa müəllim bu haqda mənə danışmışdı. Dərgahqulu bəyin vəfatı tarixi 1738-ci il kimi göstərilir, doğum tarixi haqda isə dəqiq məlumat yoxdur.

Buzovnanın Boz oğuz tayfalarının yaşayış məskəni olması haqqında mərhum şair-qəzəlxan Məşədi Azərin “Oğuznamə” əsərində də bəhs edilir. Ötən əsrin əvvəllərində “Məcməüş-şüəra” ədəbi məclisinin rəhbəri olmuş Məşədi Azərin “Seçilmiş əsərləri” çapa hazırlanarkən “Oğuznamə”ni oxudum, orada aydın şəkildə yazılır ki, boz oğuzlar bu yerlərdə uzun sürə yaşamış, nəsil artırmışlar.

Professor Vilayət Quliyevin bağı Buzovnada, “Əli ayağı”na gedən yolun sağ tərəfində, istirahət düşərgəsinin yaxınlığındadır. Bir dəfə ondan müsahibə almaq məqsədilə bağında qonaq olmuşdum. O axşam çox şeylərdən danışdıq. Söhbət hərlənib-fırlanıb Buzovnanın tarixi üzərinə gəldi.

Yadımdadır, Vilayət müəllim dedi ki, alimlər bu kənddə tunc və dəmir dövrünə aid tapıntılar aşkara çıxarıblar, bu da onu göstərir ki, Buzovna olduqca qədim tarixə malik bir yerdir. Sonralar V.Quliyevin “Abşeron XIX-cu əsrdə” adlı geniş məqaləsini də tapıb oxudum.

Buzovnanın ərazisində Qafqaz Albaniyasının islamaqədərki dövrünə aid memarlıq abidəsinin qalıqları qalır. Bu tarixi abidə III əsrə aid edilir. Mən uşaq ikən, tumanpaça vaxtlarımda öz yaşıdlarımla, çox vaxt təmtək bu məbədin böyründən keçəndə o, qorxunc, qaramat görünüşü ilə həmişə məndə vahimə oyadırdı. El arasında bu dini abidəyə Nəsrani məscidi və ya Tərsa piri deyirlər, o ərazi Nəsrani məhəlləsi adlanır. Bu tarixi abidə Abşeronda Qafqaz Albaniyasına aid yeganə məbəddir. Çatlı-tağlı abidənin bir hissəsi indi qalır.

Bu yazını işləyərkən bəzi mənbələrə, Bakının tarixi ilə bağlı kitablara yenidən nəzər salası oldum. 1992-ci ildə “Həzrət Əli” qədəmgahı haqqında nəşr edilmiş balaca bir kitabçada xeyli maraqlı faktlara rast gəldim. Həmin kitabçada qeyd edilir ki, “Buzovnada vaxtilə Şirvanşahlar dövrünə aid (XV-XVI əsr) bürc-qala olmuşdur, həmin qala bu yaxınlaradək saxlanılırdı. Şirvanşahların yay iqamətgahı da həmin qalada yerləşirdi. Bu məlumatı görkəmli alim, Azərbaycan Elmlər Akademiyasının akademiki Y.A.Paxomov da təsdiq etmişdir. Qalanın kitabəsini görkəmli rus şərqşünası N.V. Xanıkov Buzovnadan aparıb 1853-cü ildə Peterburqdakı Asiya Muzeyinə təhvil vermişdir.”

Buzovnada nəhəng bir məscid də var, bu məscidin taleyi keşməkeşli olub. O məscidin bünövrəsini Kərbalayı İmran qoyub, onu canlı şəkildə görən adamlardan indi heç biri qalmayıb. Onun doğum tarixi də heç kimə məlum deyil. Deyilənə görə, 4 oğlu, 1 qızı olub. Bir oğlu Böyük Vətən müharibəsində itkin düşüb. Hazırda nəvələri kənddə yaşayır. Anamın müəllimi olmuş Abbasqulu müəllim onu canlı surətdə görmüşdü, o da bir neçə il bundan əvvəl rəhmətə getdi. Əməkdar rəssam Rəfael Muradov onun təxəyyülünə əsasən Kərbəlayi İmranın portretini çəkib.

Deyilənə görə, “Kəbleyi” İmran ovsunçu imiş, yəni ilan tutanmış, həyətlərə girən ilanları onun əliylə tapıb çıxararmışlar. O, “Cümə məscidi”nin bünövrəsini qoyanda heç ağlına da gəlməzdi ki, tikəcəyi məscid müharibə illərində taxıl anbarı, sonra isə sovet höküməti dağılanadək mağaza kimi istifadə ediləcək. Məscid evimizin qənşərindəydi, anam, atam hər gün məni ora nəsə almağa yollayırdılar. Sənaye malları, pal-paltar, texniki avadanlıq, bir sözlə, nə desən burda satılırdı. Buranı univermaq kimi eləmişdilər. Atam uşaqlıqda mənə yolkanı da, onun bər-bəzək əşyalarını da bu mağazadan almışdı, hətta burdan mənə bir rus gitarası da almışdı, qəpikləri yığmaq üçün alma fiqurlu daxıl, tütək, rezin top, daha nələr, nələr almışdı.

Anam tütəyi sındırırdı, rezin topu bıçaqla deşirdi, ağlayıb özümü yerə sürtür, hikkəmi yeridirdim; həmin şeylər yenidən alınırdı. Anam ger-geyimi, evə lazım olan nə varsa hamısını buradan alırdı. Bir dəfə atamın mənə verdiyi qəpikləri yığıb 3 rubla bir elektrik peçi aldım, anam o qədər sevindi ki... Bu addımı atmağım onun üçün gözlənilməz olmuşdu, ilk dəfə idi ki, balaca uşaq qəpiyi-qəpiyin üstə yığıb evə nəsə alırdı. Düzdür, pulu özü qazanmamışdı, amma bilirdi ki, evdə ən çox nəyə ehtiyac var, indidən cəfakeşlik edir, qayğı çəkirdi.

“Kəblə” İmran “Cümə məscidi”nin bünövrəsini qoyduqdan sonra bənnalar Yusif, usta Xaliq, Kərim, Gülhəsən işə başlayırlar. Deyilənə görə, məscidin tikintisi üçün sal daşları at arabaları ilə uzaq məsafədən gətirirmişlər. 1900-1906-cı illərdə erməni-müsəlman davası qızışır və məscidin tikintisi yarımçıq qalır. 1918-ci ildə sabunçulu xeyriyyəçi Hacı Əhədulla tikintiyə külli miqdarda pul buraxır, ustalar həvəslə qollarını çırmayıb işə başlayır, yenə ermənilər şəhərdə aranı qarışdırırlar, iş bu dəfə də yarımçıq qalır. O vaxt hələ məscidin günbəzi, minarəsi qoyulmamışdı. Məscid hasar tərəfdən daş piltələrlə üzlənib, həm iç, həm də bayır tərəfindəki divarlarında ərəbcə işlənmiş daş kitabələr var.

2007-ci ildə Buzovna sakinlərinin “Cümə məscidi”ndə bərpa işlərinin başa çatdırılması ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciəti tez bir zamanda öz həllini tapdı. Həmin ilin fevralında başlanan yenidənqurma işləri qısa vaxtda başa çatdırıldı, məscid dekabrın 19-da 2009-cu ildə istifadəyə verildi. Məscidin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etdilər.

Daha bura taxıl anbarı deyildi, univermaq deyildi, buranın divarlarında azan səsi dolaşırdı.

Kənan HACI,
yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:335
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see276

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see259

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see257

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see247

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see232

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see231

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see230

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see226

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see224

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see216

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see216

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see209

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see209

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see208

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see204

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see201

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see200

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see195

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see195

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri