Kəsilmək üçün oğurlanan 400 dən çox pişik xilas edildi
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Vyetnamın Tey Ninh əyalətində polis tərəfindən keçirilən reydlər zamanı 400-dən çox canlı pişik və buz üzərində saxlanılan təxminən 80 ölü pişik aşkarlanıb.
Bakupost.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Məlumata görə, polis Ho Şi Min şəhərində son vaxtlar artan ev heyvanı oğurluqları ilə bağlı şikayətlərdən sonra araşdırmaya başlayıb və iyunun 11-də şübhəli qrupu müəyyən edib. Saxlanılan şəxslər son üç il ərzində Vyetnamın cənub bölgələrində tələlər quraraq pişik topladıqlarını etiraf ediblər. İstintaqın nəticələrinə əsasən, oğurlanan pişiklər toplama məntəqələrinə aparılır, daha sonra isə hər iki-üç gündən bir tacirlərə satılırdı.
Məlumata görə, Vyetnamda hər il təxminən 5 milyon it və 1 milyon pişik ət ticarəti məqsədilə tutulur, oğurlanır və ya kəsilir. Mütəxəssislər bildirirlər ki, ölkədə it və pişik əti istehlakı geniş yayılmış olsa da, xüsusilə gənclər və ev heyvanı sahibləri arasında bu ənənəyə qarşı münasibət sürətlə dəyişir.
Röya Rizvanzadə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 17 İyun 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















