Icma.az
close
up
RU
Buzovnadakı “Dükkan” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb AZƏRTAC

Buzovnadakı “Dükkan” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb AZƏRTAC

Bakı, 21 yanvar, AZƏRTAC

Kütləvi qidalanmanın təşkil edildiyi iaşə obyektlərinə nəzarət tədbirləri çərçivəsində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 37-də fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus “Dükkan” restoranında yoxlama aparılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanılmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunub. Məhsulların istehlaka təqdim edilməsinin qarşısı alınıb.

Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.

seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri