BVF 2019 cu ildən bəri ilk dəfə Venesuela ilə əlaqələrini bərpa edib
Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildən bəri ilk dəfə Venesuela ilə əlaqələrini bərpa edib.
AZƏRTAC xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Sənəddə qeyd olunur: “BVF-də səsvermə hüquqlarının əksəriyyətini təmsil edən üzv ölkələrin mövqeyi nəzərə alınaraq və müəyyən edilmiş təcrübəyə uyğun olaraq, İdarəedici direktor Kristalina Georgieva aprelin 16-da Venesuela hökuməti ilə əlaqələrin bərpasını elan edib. Əlaqələr Prezident komissarı Delsi Rodrigesin rəhbərliyi altında həyata keçiriləcək”.
Bəyanatda xatırladılır ki, Venesuela 1946-cı ilin dekabrından BVF-nin üzvüdür. Həmçinin qeyd olunur ki, ölkə ilə əlaqələr hökumətin tanınması ilə bağlı çətinliklər səbəbindən 2019-cu ilin mart ayında dayandırılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 17 Aprel 2026 16:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















