C 130 təyyarəsinin qalıqları Türkiyədə qara qutunun oxunmasına başlanılıb
Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Gürcüstanda qəzaya uğrayan və 20 əsgərin ölümünə səbəb olan C-130 hərbi yük təyyarəsinin qalıqları Türkiyəyə gətirilib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərbi yük təyyarəsinin qalıqlarının əksəriyyəti xüsusi qrup tərəfindən toplanıb.
Təyyarənin qalıqları Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinə bağlı Kayseridəki 2-ci Hava Təmiri Zavodu Müdirliyində araşdırılacaq.
Həmçinin təyyarənin qara qutusunun oxunmasına başlanılıb. Qəzanın dəqiq səbəbinin təyyarənin qalıqlarının araşdırılması başa çatdıqdan və qara qutunun oxunmasından sonra aydınlaşacağı gözlənilir.
Qəza araşdırma qrupu isə hadisə yerində araşdırmasını həftəsonuna qədər davam etdirəcək.
Xatırladaq ki, C-130 hərbi yük təyyarəsi Gəncədən Türkiyəyə yollanarkən noyabrın 11-də qəzaya uğrayıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Noyabr 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















