Icma.az
close
up
RU
“C vitamini ilə ağ ciyərlərinizi çirklənmiş havadan qorumaq mümkündür“ Elmi tədqiqat

“C vitamini ilə ağ ciyərlərinizi çirklənmiş havadan qorumaq mümkündür“ Elmi tədqiqat

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

"Havadakı mikroskopik zəhərlərə qarşı təbii qalxan..."

Sidney Texnologiya Universitetinin alimləri insan orqanizmini hava çirkliliyinin zərərli təsirlərindən qoruma yollarını araşdırıblar. 

Moderator.az xəbər verir ki, bu barədə "mk.ru" nəşri yazıb.

PM2.5 - görünməz düşmən

Tədqiqatlar göstərir ki, diametri 2,5 mikron, insan saçından 30 dəfə incə olan PM2.5 adlı mikroskopik hissəciklər nəfəs yolu ilə ağ ciyərlərə və qan dövranına daxil olur. Bu hissəciklər avtomobil və sənaye tullantılarında, duman və tozlu havada çoxalır. Uzunmüddətli təsir nəticəsində xroniki öskürək, astma, fibroz, ürək-damar xəstəlikləri və hətta xərçəng riski artır. Dünyada əhalinin 90 faizi bu çirklənmiş havada yaşayır, onu tamamilə qarşısını almaq praktiki olaraq mümkün deyil.

C vitaminunin qoruyucu rolu

Eksperimentlər göstərib ki, C vitamini (askorbin turşusu) ciddi dozalarda iltihab və oksidləşmə proseslərini zəiflədə, hüceyrə mitoxondriyalarını qoruya və toksinlərin istehsalını dayandıra bilir. Siçanlar və insan hüceyrələri üzərində aparılan testlərdə C vitamini əlavə edildikdə iltihab markerləri normaya yaxınlaşıb, hüceyrələrin qoruyucu fermentləri aktivləşib və mitoxondriyalar normal struktura qayıdıb. Bu isə hava çirkliliyinin yaratdığı zəncirvari zərərlərin qarşısını alır.

Effektiv doza və təhlükəsizlik

Alimlərin tövsiyəsinə görə, gündə 1000 mq C vitamini yetkin insan üçün effektivdir. Bu, rəsmi gündəlik tövsiyədən xeyli yüksək olsa da, 2000 mq təhlükəsiz maksimum həddi keçmir. Dozanı müstəqil artırmaq məsləhət deyil - həddindən artıq qəbul böyrəklərə yük, daş əmələ gəlməsi, ürəkbulanma və sürətli ürək döyüntüsünə səbəb ola bilər.

Təbii mənbələr və gündəlik qida

C vitamininin ən əlçatan mənbələri - portağal, kivi, qırmızı bolqar bibəri, brokoli, brüssel kələmi və ispanaqdır. Qida hazırlanarkən vitamin itkisinin olduğunu nəzərə alaraq, bu məhsulların mümkün qədər xam halda istehlak olunması tövsiyə olunur. İnsan orqanizmi C vitamini istehsal edə bilmir, ona görə də qida və əlavələrlə təmin olunması kritik əhəmiyyət daşıyır.

Gündəlik profilaktik tədbirlər

Alimlər vurğulayır ki, hava çirkliliyinə qarşı ən yaxşı müdafiə yalnız C vitamini ilə deyil, həm də maska istifadəsi, açıq havada uzun müddət qalmağı azaltmaq və havanı təmizləyən cihazlardan istifadə ilə mümkündür. C vitamini isə bu qorumanın əlavə, lakin kritik elementidir -  orqanizmin dərin hüceyrələrini zərərli təsirlərdən qoruyur və uzunmüddətli sağlamlığı dəstəkləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri