Icma.az
close
up
RU
Cabbarovin Ardillə imzaladığı razılaşma... ABŞ Qazaxda neft axtaracaq?

Cabbarovin Ardillə imzaladığı razılaşma... ABŞ Qazaxda neft axtaracaq?

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 7-də Vaşinqtonda ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilə görüşüb. Görüş zamanı SOCAR ilə “ExxonMobil” şirkəti arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənədi İqtisadiyyat naziri Mikayıl Cabbarov və “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardill imzalayıblar.

Bəs, bu memorandum hansı əməkdaşlıqları nəzərdə tutur? Yeni sənəd Azərbaycana hansı iqtisadi dvidentlər qazandıracaq?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert İlham Şaban bildirib ki, SOCAR-la “ExxonMobil” arasında imzalanan “Əməkdaşlıq haqqında Memorandum” bu ilin iyun ayında Bakı Enerji Həftəsində SOCAR-la “ExxonMobil” arasında kəşfiyyat işlərinin aparılmasına dair imzalanmış sənədin davamıdır:


“Yəni söhbət ondan gedir ki, Amerikanın neft nəhəngi, 1 nömrəli şirkəti Azərbaycanın qərb hissəsindən, Yevlaxdan başlayaraq qərb istiqamətində bir neçə sahə üzrə yerin dərin qatlarında neft laylarının aşkarlanması yönümündə kəşfiyyat işləri aparacaq. Bu isə yaxın 3 ildə Azərbaycanın enerji sektoruna çox böyük töhfə verə bilər. Nəyə görə? İndiyədək məlum idi ki, daha çox qərb hissədə, aşağı dərinlikdə, məsələn, Naftalan bölgəsində kiçik həcmdə karbohidrogen ehtiyatları var. Əgər fikir versəniz, məsələn Qazaxda insanlar bəzən quyular qazırlar, ordan qaz çıxır, onu təndirdə istifadə edirlər. Ancaq indi sənaye məqsədli karbohidrogen ehtiyatlarının axtarışı ilə bağlı işlərə start verilir. Yəni mən hesab edirəm ki, bu, 2030-cu ildən sonra neftlə bağlı ehtiyatlara kifayət qədər təsir edə biləcək bir amil ola bilər. Hər şey bundan sonra praktik olaraq görülən işlərin nəticəsindən asılı olacaq”.


Lalə Novruz,

BakuiPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Avqust 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri