Qarabağda taxıl yığımı 7,5% artıb
Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.
Cari ilin ilk doqquz ayı (yanvar-sentyabr) ərzində Qarabağ iqtisadi rayonunda dənli və dənli paxlalı bitkilərin tədarükü ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artaraq 547,9 min tona çatıb.
“Yeni Sabah” xəbər verir ki, iqtisadi rayon üzrə məhsuldarlıqda ilk üçlüyü Ağcabədi (181,5 min ton), Füzuli (146,6 min ton) və Bərdə (69,1 min ton) rayonları tutur. Həmçinin Ağdamda 56,3 min ton, Xocavənddə 34,9 min ton, Tərtərdə 34,3 min ton, Xocalıda 14,9 min ton, Ağdərədə 5,7 min ton, Şuşada isə 4,6 min ton məhsul tədarük edilib.
İllik müqayisədə ən yüksək artım dinamikası Xocalı rayonunda müşahidə olunub – burada yığım 2,3 dəfə çoxalıb. Artım qeydə alınan digər rayonlar sırasında Tərtər (25,5%), Şuşa (18,5%), Bərdə (13,2%), Ağcabədi (8,1%), Xocavənd (6,1%) və Füzuli (4,4%) yer alıb. Bununla yanaşı, Ağdamda 12,8 faiz, Ağdərədə isə 21,1 faiz azalma baş verib. Məişət texnikası
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 27 Noyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















