Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Çağdaş Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biridir

Çağdaş Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən biridir

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biridir. Dövlət bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi proqramlar hazırlayır, sosial layihələr həyata keçirir.

Millət vəkili Zahid Orucun fikrincə, Vətən müharibəsində parlaq Qələbəni qazanan bir xalqın öz "Milli Ailə Günü" olmalıdır. Çünki hərbi uğurumuz həm də ailə institutunun güclənməsi və möhkəmlənməsi deməkdir. 44 günlük müharibədə azərbaycanlı ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq tablolarını əks etdirən bir sətirlik hekəyələri yenidən xatırlayaq: "Ulu öndər Heydər Əliyev şəxsi nümunəsi ilə örnək ailə obrazı olduğu üçün deyirdi: "Ailə dəyərləri, ənənələri, milli-mənəvi dəyərlərə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir". Məhz həmin ideala sadiq qalaraq, gəncliyi Qələbəyə gətirən Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi dövründə yetişən nəsillə öyünərək, andiçmə mərasimində deyib: "Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlamdır, ənənələr, milli dəyərlər üzərində qurulubdur. Ailə tərbiyəsi hər bir gənc və uşaq üçün əsasdır... Gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu, bizim hamımızın, hər bir ailənin və dövlətin qarşısında duran mühüm vəzifədir".

Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas ənənələrin vəhdətini özündə ehtiva edir, onların unikal birliyini əks etdirir.  Azərbaycanda uşaqlı və nikahı olan cütlük dominant ailə modeli kimi qəbul edilir. Müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir. İnkişafının hazırkı mərhələsində müasir ailə institutu bir tərəfdən milli mədəniyyətin, tarixi varisliyin, digər tərəfdən isə çağdaş dövrün sosial-siyasi-iqtisadi şərtlərinin, qlobal və yerli təsirlərin çuğlaşmasının nəticəsidir. Azərbaycan ailəsi özündə həm müasirliyə, həm də milli mədəniyyətə xas ənənələrə uyğun cəhətləri ehtiva edir, onların unikal birliyini əks etdirir.

Z.Oruc deyib ki, müasir Azərbaycan insanı ailəyə bağlılıq, ailə dəyərlərinə ehtiram hissi ilə seçilir. Lakin bu cəhətlərin möhkəmlənməsi onun öz ailəsinin əvvəlki nəsillərinə marağından, öncəki nəsillərin nümayəndələrini tanımasından çox dərəcədə asılıdır. İnformasiya əsrində insanların öz ailə tarixini öyrənmək istiqamətində marağının təşfiqi, vətəndaşlara öz soy-kökünü araşdırmaq imkanı yaratmaq üçün müvafiq arxiv materiallarının daha çox əlçatanlığını təmin etmək ailə dəyərlərinin təbliğində mücərrədlikdən konkretliyə keçməyə imkan verməklə, ailə institutunun möhkəmləndirilməsində daha effektiv hesab edilir.

Z.Oruca görə, XXI əsrin əvvəllərinə qədər ailə institutu - patriarxal və ya ənənəvi, uşaq mərkəzli və ya müasir mərhələlərindən keçib, hazırda postmodern, eyni zamanda natamam və nikahdankənar çoxsaylı alternativ ailə-nikah modellərinə doğru yön alıb: "Dəyərlər sisteminin qərbləşməsi, aqressiv təbliği və mədəni hegemonluğuna nail olması üçün hər cür informasiya hücumları baş verir. Qlobal internet məkanında mənəvi-əxlaqi nihilizmin, sərhədsiz azadlıqların sürətli təbliği və ifrat ideologiyalı sosial hərəkatlar tüğyan edir. Biz onu antiailə pandemiyası adlandıra bilərik. Ailənin tarixən formalaşan, cəmiyyətin bütövlüyünü təşkil edən "nikah, cinsi və reproduktiv davranış üçlüyün"ə, yəni ailə modelinin klassik-ənənəvi formasını əvəzləməyə iddialı olan alternativ ailə modellərinin formalaşması-rəngli ailə hərəkatlarının miqyaslı təbliğatı gedir. Nümunəvi ailə obrazlarını bütün ictimai və media platormlarında təqdim və təbliğ etmək Vətəni hərbi səngərdə qorumaq qədər önəmlidir".

Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi üçün lazım olan ideoloji basis milli-mənəvi dəyərlərimizdir. Bunu prioritetə çevirməliyik və bütün təbliğat ruporlarında, təhsildə, elmdə, informasiya resurslarında önə çıxarmalıyıq. Unutmamalıyıq ki, mədəni-mənəvi kökümüzə qayıdış yolunda, milli mənəviyyatımızın təkcə forma baxımından deyil, həm də məzmun baxımından bərqərar olması uğrunda aparılan mübarizədə mətbuatın, televiziyanın, o cümlədən ictimai təşkilatların, təhsil müəssisələrinin rolu böyükdür.

Millət vəkili, professor Hicran Hüseynova bu qənaətdədir ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də çağdaş dövrdə Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur: "Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var.   Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiqində və inkişafında ailənin rolu böyükdür. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Azərbaycan xalqının mentalitetində yüksək qonaqpərvərlik, dostluğa sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlər mövcuddur. Digər tərəfdən, xalqımızın çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr dərin və sarsılmaz köklərə malikdir. Hər xalqın öz ailə modeli var. Azərbaycanda ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını müəyyən edir".

Hicran Hüseynova deyir ki, ölkədə ailə institutunun  möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini,  ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bizim ölkədə ailə siyasəti sahəsində qanunvericilik bazası yaradılıb. Eyni zamanda, ölkədə  institutun müdafiəsi istiqamətində davamlı iş aparılır.

Millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən, tarix boyu öz simasını itirməyib: "Qərb dünyasında ailə institutu deformasiyaya uğradığı bir vaxtda bizdə ailə dəyərlərinin qorunub-saxlanılması Azərbaycan xalqına xas ən ali xüsusiyyətlərdən biridir. Bunun kökündə isə milli-mental dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institutunun dağılmaması üçün xalq kimi, yeri gələndə, mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Bəlkə elə buna görədir ki, Azərbaycan ailəsi bütün dünyada monolitliyi ilə örnək göstərilir".

O vurğulayıb ki, ailə hər birimiz üçün müqəddəs məkan və isti ocaqdır. Cəmiyyət olaraq Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılmasına və daha möhkəm ailələrin yaranmasına çalışmalıyıq: "Ailə ənənələri ən qiymətli xəzinə kimi əsrdən-əsrə, nəsildən-nəslə ötürülüb, xalqımız hər zaman onu göz bəbəyi kimi qoruyub yaşadıb. Ailə hər bir fərdin gələcəyə uzanan yolda dayağı, ümidi, güvənc yeri olmalıdır. Ailə qarşılıqlı mənəvi, hüquqi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. İnsanın kamilləşməsində, onun şəxsiyyətə çevrilməsində ailənin rolu hər zaman öz əhəmiyyətini saxlayır. Təəssüf ki, ailələrin dağılması, bütövlüyünün pozulması əsasən, cəmiyyətdə mövcud olan neqativ halların ailələrə daxil olması səbəbindəndir. İnformasiya-kommunikasiya texnologiyaları əsrində, qloballaşan dünyada yaşayırıq. Şübhəsiz, bu qloballaşma həyatımıza yalnız müsbət yox, mənfi xüsusiyyətlər də daxil edir. Bununla da biliyi, savadı, dünyagörüşü az olan insanlar həmin mənfi təsirin altına düşür. Bu səbəbdən də hər birimizin əsas vəzifəsi ailələri qorumaqdır. Onların dağılmaması üçün kömək etmək lazımdır. Burada vətəndaş cəmiyyətinin də rolu böyük olmalıdır. Bizim əsas dəyərimiz ailələrimizdir".

Sevinc QARAYEVA

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 23:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see603

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see341

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see286

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see275

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see273

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see266

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see258

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see250

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see243

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see239

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see224

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see220

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see219

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see215

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see212

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see210

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see197

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see193

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see187

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri