Icma.az
close
up
RU
Çağırışçılar hərbi müayinəyə niyə Bakıya gəlir? AÇIQLAMA

Çağırışçılar hərbi müayinəyə niyə Bakıya gəlir? AÇIQLAMA

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bəzi rayonlarda yaşayan vətəndaşlar hərbi müayinələrdən keçmək üçün Bakıya üz tuturlar. Bu isə vaxt itkisinə və əlavə çətinliklərə səbəb olur, halbuki TƏBİB-in hərbi yoxlanışlar üçün məntəqələri və həkimləri regionlarda da fəaliyyət göstərməlidir.

TƏBİB-dən Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, müddətli hərbi xidmətə çağırışla əlaqədar tibbi müayinələr, "Hərbi Vəzifə və Hərbi Xidmət Haqqında" qanun və 6 sentyabr 2023-cü il tarixli Prezident Fərmanına əsasən həyata keçirilir.

Məlumata görə, bu məqsədlə e-tabib xəstəxana idarəetmə sistemində hərbi çağırışçı modulu (Modul) yaradılıb, müayinələrin elektron qaydada aparılması təşkil edilib:

“Əlavə olaraq qeyd edirik ki, müvafiq qanunvericiliyin tələblərinə əsasən tibbi müayinələr mütləq və əlavə ixtisaslı olmaqla iki yerə ayrılmış, modulda buna uyğun funksionallıq yaradılıb. Belə ki,vətəndaşların ilkin hərbi qeydiyyata alınmaları və müddətli həqiqi hərbi xidmətə cəlb olunma ilə əlaqədar mütləq tibbi müayinələri daimi qeydiyyatda olduqları ərazi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağıırış üzrə Dövlət Xidmətinin müvafiq strukturu tərəfindən onların məlumatlarının modula daxil edilməsindən sonra başlanır, aidiyyəti üzrə TƏBİB tabeli tibb müəssisəsində həyata keçirilir. (Kəlbəcər rayonu çağırışçıları Göygol RMX-də, Xocalı rayon çağırışçıları Goranboy RMX-də, Ağdam və Füzuli rayon çağırışçılarının bir hissəsi, işğaldan azad edilmiş digər rayon çağırışçıları isə tam şəkildə Bakı şəhərində yerləşən tibb müəssisələrində müayinə olunurlar). Mütləq tibbi müayinələr nəticəsində“Praktik sağlam” diaqnozu qoyulmuş çağırışçılar hərbi xidmətə yararlı hesab olunaraq onların müayinələri başa çatdırılır. Mütləq müayinələr zamanı şikayəti və ya xəstəliyi aşkar olunan çağırışçılar əlavə ixtisaslı tibbi müayinələrə cəlb olunurlar. Bunun üçün TƏBİB rəhbərliyi tərəfindən (Tibb müəssisəsində müvafiq instrumental müayinələrin və ixtisas həkimlərinin mövcudluğuna görə) Gəncə və Bakı şəhərində müvafiq ixtisaslara uyğun tibb müəssisələri təyin olunub və çağırışçıların əlavə ixtisaslı tibbi müayinələri bu müəssisələr tərəfindən icra olunur”.

TƏBİB-in açıqlamasında qeyd olunub ki, çağırışçıların tibbi müayinələrinin tibbi ərazi bölmələrində mərkəzləşdirilmiş qaydada tam, keyfiyyətli həyata keçirilməsinin təmin edilməsi, eləcə də, çağırışçıların Bakı şəhərinə göndərilməsinin məhdudlaşdırılması məqsədilə respublika üzrə vahid mərkəzlərin müəyyənləşdirilməsi tərəfimizdən planlaşdırılmış və hazırda Quba Tibbi Ərazi Bölməsi üzrə Quba Rayon Mərkəzi Xəstəxanası mərkəz olmaqla pilot lahiyə həyata keçirilməkdədir.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:518
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 03 Sentyabr 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri