Icma.az
close
up
RU
“Cahan Sənaye Kompleksi”ndə 340 yeni iş yeri yaradılacaq

“Cahan Sənaye Kompleksi”ndə 340 yeni iş yeri yaradılacaq

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Naxçıvan, 5 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov “Cahan Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətində müəssisələrin fəaliyyəti və inkişaf planları ilə tanış olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Cahan Holdinq”in qurucusu, Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov müəssisələrin istehsal gücü, tətbiq edilən müasir texnoloji avadanlıqlar, istehsal olunan məhsullar, həyata keçirilən marketinq tədbirləri və xarici bazarlara ixrac imkanları barədə ətraflı məlumat verib.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü iqtisadi siyasət nəticəsində Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb.

Ceyhun Cəlilov qeyd edib ki, dövlət–özəl sektor tərəfdaşlığının gücləndirilməsi, biznes və investisiya mühitinin davamlı şəkildə yaxşılaşdırılması, sahibkarlar və investorlar üçün hüquqi bazanın daha əlverişli hala gətirilməsi bu siyasətin əsas istiqamətlərindəndir. Son dövrlərdə iş adamlarının maliyyə resurslarına çıxışının genişləndirilməsi, güzəştli kredit mexanizmlərinin tətbiqi, istehsal və ixracyönümlü layihələrə dövlət dəstəyi regionun iqtisadi potensialının daha səmərəli reallaşdırılmasına xidmət edir.

Yanvarın 1-dən etibarən Naxçıvan Muxtar Respublikasında vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi isə bu dəstək mexanizmlərinin ən mühüm tərkib hissələrindən biridir. Bura mənfəət (gəlir), əmlak, torpaq, ƏDV (sənaye və texnologiya parklarının, sənaye məhəllələrinin rezidentləri və investisiya təşviqi sənədi alan şəxslərin idxal əməliyyatlarına münasibətdə) və sadələşdirilmiş vergilər üzrə güzəştlər daxildir. Qərar dövlət başçısının Naxçıvan Muxtar Respublikasına göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsi olmaqla, sahibkarlara öz bizneslərini genişləndirmək, yeni layihələr reallaşdırmaq və regionun iqtisadi inkişafına daha böyük töhfə vermək üçün geniş imkanlar yaradır.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev bildirib ki, innovativ texnologiyaların tətbiqinə xüsusi önəm verən “Cahan Sənaye Kompleksi” MMC uğurlu fəaliyyəti ilə muxtar respublika iqtisadiyyatının inkişafına töhfə verir. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqına daxil olan müəssisələrin layihələrinin maliyyələşdirilməsi üçün ümumilikdə 16,5 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.

Vüqar Abbasov qeyd edib ki, ayrılmış kredit vəsaitləri sənaye, tikinti və istehsal sahələrini əhatə edən layihələrin icrasına yönəldilib. Bu vəsaitlər hesabına 310 iş yeri yaradılıb. Dövlət başçısının sahibkarlığa qayğısı ilə vergi, gömrük və sosial sığorta güzəştlərinin qüvvəyə minməsi, həmçinin göstərilən dəstək nəticəsində 2026-cı il ərzində daha 340-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Sonda Ceyhun Cəlilov muxtar respublikada fəaliyyət göstərən sahibkarlara müxtəlif alətlər vasitəsilə dəstək göstərildiyini, bu dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyini bildirib və MMC-yə fəaliyyətində uğurlar arzulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri