Cahan Şirkətlər Qrupuna daxil olan Enna şirkəti Dayaq mükafatına layiq görülüb
Icma.az, Marja.az portalına istinadən məlumatı açıqlayır.
18 dekabr tarixində İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində sahibkarlara “Dayaq” mükafatı təqdim olunub.
2025-ci ildə biznes fəaliyyətində innovativ və müasir yanaşmaların tətbiqi, ixracyönümlü məhsul və xidmətlərin istehsalı, həmçinin aktiv investisiya fəaliyyəti ilə fərqlənən Cahan Şirkətlər Qrupuna daxil olan “Enna” MMC “Dayaq” mükafatına layiq görülüb.

Qeyd edək ki, “Enna” MMC innovativ texnoloji avadanlıqlarla təchiz olunmuş istehsal xəttinə malik olmaqla saatda 40 min, illik isə 230 milyon banka içki istehsal etmək gücünə sahibdir.
Müəssisə istehsal potensialına görə Qafqaz regionunda ən iri zavodlardan biri hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 19 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















