Cahangir Əsgərovun bankda 170 milyon manat depoziti var
Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycan banklarının birində 170 milyon manat depoziti olduğu üzə çıxıb.
Reyting.az "Unikal"a istinadən xəbər verir ki, həmin məbləğ bundan əvvəl Cahangir Əsgərovun mərhum həyat yoldaşı Zərifə Həmzəyevanın adına olub. Z.Həmzəyevanın vəfatından sonra AZAL-ın keçmiş prezidenti həmin pulu öz adına rəsmiləşdirib. Hazırda İspaniyada yaşayan C.Əsgərov hər ay həmin məbləğdən 1 milyon 200 min manat gəlir əldə edir.
Qeyd edək ki, Zərifə Həmzəyeva bu ilin yanvarında dünyasını dəyişib. Z.Həmzəyeva genetika və tibbi profilaktika üzrə elmlər doktoru, "Gazelli Group" şirkətinin təsisçisi və prezidenti, "Premium Bank" ASC-nin əsas səhmdarı və "Caspian Energy Club"ın İdarə Heyətinin üzvü olub.

Cahangir Əsgərovun sərvəti əlindən alınır? 170 milyonunun üzə çıxmasının ŞOK pərdəarxası
07 Avqust 2025 18:43
Cahangir Əsgərovun xanımı vəfat etdi KONKRET
17 Yanvar 2025 18:15
Cahangir Əsgərovun qazandığı pulun məbləği bəlli oldu
20 May 2025 08:58
Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
24 Yanvar 2025 16:58
Cahangir Əsgərovun qızının Londondakı şirkəti bağlandı Foto
08 Avqust 2025 13:35

