Icma.az
close
up
RU
Cahangir Əsgərovun bankının mənfəəti azaldı

Cahangir Əsgərovun bankının mənfəəti azaldı

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu ilin üçüncü rübündə “Premium Bank”ın xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 4.3% azalaraq 9 milyon 505 min manatdan 9 milyon 92 min manata düşüb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hesabat dövründə “Premium Bank” müştərilərə kreditləri 2.3% və ya 10.9 milyon manat artaraq 477 milyon 536 min manata çatdırıb.Maraqlıdır ki, bu kreditlərin tərkibində istehlak kreditləri üstünlük təşkil edib. Əvəzində biznes kreditləri 350 milyon 138 min manatdan 349 milyon 748 min manata düşüb.

9 ayda hüquqi şəxslərin bankdakı vəsaitlərinin həcmi də azalıb. Hüquqi şəxslərin depozitlər 9.4 milyon manat azalaraq 85 milyon 706 min manatdan 76 milyon 312 min manata enib.

Bankın kapitalında bölüşdürülməmiş mənfəət 14 milyon 254 min manatdan 13 milyon 305 min manata, ümumi ehtiyatlar 9 027 min manatdan 8 815 min manata düşüb.

Qeyd edək ki, bankın səhmdarları “VİP Aviasiya Xidmətləri Şirkəti” MMC (15.22), Cahangir Əsgərov (84.47) və Elvira Əhmədovadır (0,31%). Onu da qeyd edək ki, C.Əsgərova qədər bankın əsas səhm paketi Zərifə Həmzəyevada olub. O bu ilin yanvarında vəfat etdikdən sonra bankın nizamnaməsinə əsasən səhmləri Cahangir Əsgərova ötürülüb.

Xatırladaq ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. 2024-cü ilin yekununda onun nizamnamə kapitalı 168 milyon 199 min manat təşkil edib. Bu ilin 9 ayında bank nizamnamə kapitalını 28 milyon manat artıraraq 196 milyon 721 min manata çatdırıb. Kapital artımından sonra kredit təşkilatının səhmdarlarının yeni pay bölgüsü açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:274
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri