Icma.az
close
up
RU
Cahangir Əsgərovun sərvəti əlindən alınır? 170 milyonunun üzə çıxmasının ŞOK pərdəarxası

Cahangir Əsgərovun sərvəti əlindən alınır? 170 milyonunun üzə çıxmasının ŞOK pərdəarxası

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun Azərbaycanı tərk etdiyi və ölkə banklarında 170 milyon manatlıq vəsaitinin olduğu barədə xəbər yayılıb. Bildirilir ki, hazırda İspaniyada yaşayan C.Əsgərov bu vəsaitdən hər ay 1 milyon 200 min manat gəlir əldə edir. Belə bir böyük məbləğin qanunsuz yolla əldə edilməsi ehtimalı müzakirələrə səbəb olub. Hüquqşünaslar vəsaitin mənbəyi şübhəli olduğu halda, bu pulların müsadirə olunmasını doğru hesab edir. Lakin bu məsələnin araşdırılması və nəticələrin açıqlanması üçün daha dərindən hüquqi müstəvidə araşdırmalara ehtiyac var.

Bu haqda qanun nə deyir? O pulların mənbəyi şübhəli hesab olunarsa, hüquqi baxımdan bu vəsait müsadirə oluna bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Azərbaycanda bir çox yüksək vəzifəli, eləcə də bəzi aşağı ranqlı məmurlar əsasən qanunsuz yollarla korrupsiya nəticəsində əldə etdikləri xeyli vəsaiti daşınmaz əmlaklara və xarici bank hesablarına yönəldiblər:

“Lakin mövcud qanunvericilik bunları müsadirə etmir. Səbəb isə ölkədə məmurlar üçün gəlir və xərc bəyannaməsi sisteminin tətbiq olunmamasıdır. Başqa sözlə, heç kim vəsaitinin mənbəyini göstərməyə məcbur deyil və bu səbəbdən əmlakın mənşəyi sual altına düşsə belə, müsadirə olunması mümkün olmur. Banklar çirkli pulların yuyulmasına qarşı qanunvericilik çərçivəsində vəsait yerləşdirən şəxslərdən pulun mənbəyini soruşur. Lakin sistemdə şəffaflıq və məcburi açıqlama olmadığı üçün verilən cavablar çox zaman həqiqətə uyğun olmur, məsələn, “bu pul babamdan qalıb” kimi bəhanələrlə bankların araşdırma imkanları məhdudlaşdırılır. Halbuki bir çox sivil ölkələrdə gəlir və xərc bəyannaməsinin verilməsi məcburidir. Belə sistemlərdə məmurlar hər il nəyi var və hansı mənbədən əldə etdiyini bəyan etməlidir. Bu isə şəffaflığın təmin olunmasına və korrupsiyanın qarşısının alınmasına xidmət edir. Məsələn, Cahangir Əsgərov da Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı kimi vəsaiti xarici banklara yerləşdirsə, eyni qaydada onu sorğu-sual edərdilər. Amma ölkəmizdə belə nəzarət mexanizmi yoxdur”.

Əkrəm Həsənov

Hüquqşünas qeyd edib ki, Azərbaycanda gəlir və əmlakların bəyan edilməsini nəzərdə tutan qanun hələ 2005-ci ilin iyun ayında qəbul olunub:

“Həmin vaxt ölkə BMT-nin korrupsiyaya qarşı konvensiyasına da qoşulub. Qanunda göstərilib ki, bəyannamənin forması Nazirlər Kabineti tərəfindən hazırlanmalı və təsdiqlənməlidir. Prezident də 2005-ci ildə bununla bağlı fərman imzalayıb və Nazirlər Kabinetinə müvafiq tapşırıq verib. Lakin artıq 20 il keçməsinə baxmayaraq, Nazirlər Kabineti bu formu hələ də təsdiqləməyib.

2023-cü ilin aprelində bu formanın layihəsini özüm hazırlayıb Baş nazirə təqdim etdim. Orda əlavə olaraq qeyd etdim ki, ictimaiyyətdə belə bir təsəvvür formalaşıb ki, hökumət korrupsiyaya qarşı mübarizə aparmaq istəmir. Əgər bu mexanizm həyata keçirilməzsə, həmin fikir daha da möhkəmlənəcək. Buna baxmayaraq, nəticə yenə də dəyişməz qaldı. Hazırkı vəziyyət isə korrupsiyaya əlverişli şərait yaradır. Bəzən deyilir ki, korrupsiyaya qarşı mübarizə aparılır və bu məqsədlə müəyyən şəxslər həbs olunur. Lakin bu yanaşma sistemli deyil və effektiv nəticə vermir. Korrupsiya ilə mübarizə yalnız ictimai nəzarət və qanunların effektiv icrası ilə mümkün ola bilər. Əks halda, dövlət orqanlarının bir-birinə formal nəzarəti korrupsiyanın qarşısını almaq əvəzinə, onu daha da dərinləşdirə bilər”.

Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, Azərbaycanda keçmiş məmurların varidatının araşdırılması ilə bağlı hər hansı hüquqi presedent və ya formalaşmış ənənə yoxdur:

Tural Abbaslı

“Əgər həmin şəxs vəzifədə olduğu dövrdə hakim komandaya qarşı çıxmayıbsa və ya daxili siyasi ziddiyyət yaratmayıbsa, adətən vəzifədən getdikdən sonra toxunulmaz qalır. Onların qanuni və ya qeyri-qanuni yollarla topladıqları varidat araşdırılmır, müsadirə edilmir. Bu baxımdan, Cahangir Əsgərovun da əldə etdiyi əmlakın və sərvətlərin hər hansı dövlət qurumu tərəfindən araşdırılacağını gözləmək real görünmür. Mətbuatda yayılan 170 milyon dollarlıq varidatla bağlı rəqəmin hansı mənbəyə istinad etdiyini dəqiq demək çətindir. Lakin Azərbaycanda kiminlə danışsanız, çoxu bu məbləğin əslində real rəqəmlə müqayisədə az olduğunu deyəcək. Çünki məlumdur ki, AZAL-ın həmin illər ərzində ciddi maliyyə dövriyyələri olub. Gömrük buraxılış məntəqələrindən tutmuş bilet satışı və digər xidmət sahələrində böyük məbləğlər dövr edib. Bu səbəbdən sabiq sədrin təkcə yerli deyil, müxtəlif ölkələrdəki banklarda da əhəmiyyətli vəsaitlərə sahib olduğu ehtimal edilir. Əgər bu günə qədər onun fəaliyyəti ilə bağlı hər hansı istintaq başlanmayıbsa, böyük ehtimalla bundan sonra da araşdırma aparılmayacaq. Çünki o artıq uzun müddətdir ki, AZAL rəhbərliyindən uzaqlaşdırılıb”.

Globalinfo.az xatırladır ki, bu xəbərin yayılmasının ardından Cahangir Əsgərovun sərvətinin qalan hissəsi də milliləşdirilə, dövlətin nəfinə keçirilə bilər. Mümkündür ki, onun barəsində məlumat mediaya bu məqsədlə ötürülüb.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Avqust 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri