Icma.az
close
up
RU
Çalışın farş ət almayasınız Ekspertdən xəbərdarlıq

Çalışın farş ət almayasınız Ekspertdən xəbərdarlıq

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Marketlərdə mənşəyi naməlum ətlər satılmır

Əti marketlərdən, yoxsa qəssabdan almaq, daha yaxşıdır? Bu sual ötən ilin oktyabr ayında mal-qara arasında dabaq xəstəliyinin yayıldığı xəbərindən və Azərbaycan Qida Təhülksizliyi Agentliyinin də mal bazarlarında satışa qadağa qoymasından sonra xeyli aktuallaşdı. Əahli bilmədi kimə inansın; “heç bir xəsətlik yoxdur, hamısı işbazların oyunudur, işsiz, qazancsız qalan qəssablara, yoxsa heyvan kəsiminə yalnız iri təsərrüfatlarda icazə verən AQTA-ya. Məlumdur ki, hazırda ölkəmizə xarici dövlətlərdən iri buynuzlu diri heyvan və dana, qoyun(quzu), həmçinin quş əti idxal olunur. Gürcüstan, Monqolustan, Çin, Slovakiya, hətta Fələstindn də. Əhali isə hansı ətin haradan gətirildiyini bilmir. Bəzi marketlərdə “idxal məhsul” yazılan ətlər satılır. Qiymət yerli məhsula nisbətən ucuzdur. Yerli uzu ətinin kiloqramı 20 manata olduğu halda, idxal quzu əti 13-14 manatdır. Həmçinin alıcılar 15-16 manata satışa qoyulan dana ətinin də yerli olmasından şübhələnirlər. Çünki bu qiymət ötən ilin oktyabrınadək belə olub. Dabaq xəstəliyi yayılandan yerli məhsulun qiyməti 18 manata qalxıb. Müştərilərdən biri isə maketdən aldığı ətin farş edilib soyuducunun buzxanasında saxlansa da, rənginin hələ də qırmızı qalmasına görə, ətin mənşəyindən şübhələnib. Sosial şəbəkədə bu haqda yazan xanım bildirir ki, çəkilmiş ətə soğan, göyərti vurub buzxanaya qoyub. Lakin bişirmək üçün çıxardıqda ətin üst hissəsinin qaraldğını, içininsə qırmızı rəngdə qaldığını görüb. Bu da onda şübhə oyadıb.

Qida məsələləri üzrə ekspert Ağa Salamov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, ola bilsin qablaşdırma düzgün edilməyib:

- Hazırda satışda vakuum paketlər var. Yaxşı olar ki əhali, xanımlarımız vakuum paketlərdən alıb istifadə etsinlər. Birincisi, çalışın farş ət almayasınız. Ət alıb, özünüz ev şəraitində ət maşınından keçirib farş edin. İkincisi, hissələrə ayırdığınız əti adi sellofan paketlərdə, “pinqvin” paketlərdə deyil, vakuum paketlərdə qablaşdırın və buzxanada saxlayın. Vakuum paketdə saxlandıqda ətin tərkibi korlanmır. Adi sellofan paketlərin istehsalında kimyəvi rənglərdən istifadə edilir, ərzaq məhsulunu həmin paketlərin içində saxladıqda ərzağın tərkibində kimyəvi çirklənmə baş verir. Həmin material qida üçün nəzərdə tutulmayıb. Ətin tərkibinə də müxtəlif kimyəvi maddələr keçir. Xanımlar özlərində günah axtarmalıdır. Əti farş almasınlar. Tikə əti alıb farş etsnlər. Farşın saxlanma müddəti 3 aydır. Farş olunmamış əti isə 6-9 ay saxlamaq olur. Qablaşdırmada da böyük səhlənkarlıq olur. Şüşə qablar var, qapağı vakuum olan, germetik. Bu cür qablarda əti uzun müddət saxlamaq olur. Ya da vakuum paketlərdə saxlasınlar. Belədə ət uzun müddət pozulmamış, xaab olmamış qalacaq. Yaxşı olar ki, etiketində “Poli-propilen” yazılmış qablardan alsınlar. Bu qablar mənfi 20 dərəcəyə dözümlüdür. Xanımlar əti qiymə edib edib atırlar soyuducuy, haqlı ikən haqsız duruma düşürlər. Ola bilər, ət keyfiyyətsizdir. Kəsim, qablaşdırma düzgün aparılmayıb. Amma saxlanma qaydasına da ciddi riayət edilməlidir. İzləyicinin dediyi kimi farş ətin üzəri qaralıb, içi qırmızı qalıbsa, bu, ətin havayla təmas olmasına görədir. Havayla təmas etmiş hissə qaralıb, rəngi dəyişib. Amma mən deyən kimi qablaşdırılsaydı, ət öz teksturasını itirməzdi, rəngini dəyişməzdi. Şübhəli hallarla rastlaşdıqda isə AQTA-ya müraciət etsinlər. 

A.Salamov qeyd etdi ki, marketərdə mənşəyi naməlum ətlər satılmır: 

- Marketdə satılan ətlərə nəzarət var. Saxlanma şəraiti uygundur. Soyuducudan kənarda saxlanmır. Ama kimsə şübhələnirsə, AQTA-ya müraciət etsin, yoxlanmasını tələb etsin. Xanımlar bəzən doğru bilinən yanlışları övladlarına da aşılayırlar. Soyuducunun qapısını, eləcə də buzxananı tez-tez açmaq olmaz. Elə olduqda oksidləşmə gedir və soyuducudakı qida məhsullarının keyfyyəti aşağı düşür. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Fevral 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri