“Call for scores” müsabiqəsinin yekun konserti keçirilib FOTO
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cadenza orkestri Beynəxalq Muğam Mərkəzində "Yaz və yay #2" adlı növbəti konsertini keçirib.
Konsertdə Bakı Müasir Musiqi Cəmiyyəti və Cadenza Orkestrinin birgə layihəsi olan və partitura qiraəti vorkşopu üçün nəzərdə tutulmuş "Call for scores 3" və "Call for scores 4" müsabiqəsinin qalibləri - Francesco Sottilenin (İtaliya) "De qualche parte" və Wen Ziyangın "Flowing shadow" əsərləri ilə yanaşı, müsabiqənin ən çox bal toplayan əsərlərindən biri Kostas Zisimopoulosun "NYSA" əsəri və müsabiqədən kənar italyan bəstəkar Daria Baiocchinin "Connection II" əsəri ifa olunub. Əsərlər Cadenza orkestrinin üzvləri Mirxalid Məmmədzadə (fleyta), Afaq Qarayeva (piano), Nicat Feyziyev (violin), İlqar Rzayev (viola), Asim Xəlilov (violonçel), Məhəmmədəli Paşazadə (klarnet), Məmməd Rəcəbli (klarnet), Kamil Hüseynzadənin (vibrofon) ifasında Samir Əsədovun dirijorluğu ilə səslənib.
Qeyd edək ki, "Call for scores" müsabiqəsi Azərbaycanda ilk dəfə olaraq 2021-ci ildən etibarən hər il keçirilir və dünyanın bir çox ölkəsindən - ABŞ, Macarıstan, Serbiya, Yunanıstab, İtaliya, İspaniya, Argentina, Çin, Meksika, Ukrayna, Hollandiya, Türkiyədən bəstəkarlar iştirak edir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 01 İyul 2025 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















