Icma.az
close
up
RU
“Camaat o qadının heyfini aparıcıdan layiqincə çıxdı” ARB nin qalmaqallı aparıcısına TƏRS SİLLƏ KONKRET

“Camaat o qadının heyfini aparıcıdan layiqincə çıxdı” ARB nin qalmaqallı aparıcısına TƏRS SİLLƏ KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son vaxtlar sosial şəbəkə hesablarında paylaşılan video tamaşaçılar arasında qınağa səbəb olub. Efirdə olan adamlar kamera qarşısında məsuliyyət hiss etməlidir. Hər kəs bilməlidir ki, efirdə nalayiq ifadələrdən istifadə etmək, vulqar sözlər söyləmək yasaqdır. Çünki efir bir mədəniyyətdir və televiziya qarşısında əyləşən tamaşaçı məhz orada çıxış edən aparıcıları, tanınmış qonaqları özünə nümunə kimi götürür.

Vay o gündən ki, aparıcı etik çərçivələrə sığmayan davranışları, vulqar ifadələri ilə gündəmə gəlməyə, reytinq toplamağa çalışsın. O zaman bütün problemlər ortaya çıxır. Cəmiyyət isə uçuruma yuvarlanır. Son günlər ARB TV-nin efirində aparıcı Nigar Fərhadın təqdimatında yayımlanan “Günü bu gün- Nigarla” verilişində qonaqlardan biri olan yaşı qadının dışlanması görüntüləri ciddi müzakirələrə və tənqidlərə yol açıb. Bu, həm də televiziyalarda bir senzuranın olması məsələsini gündəmə tirib və hər kəsin efirə buraxılmamasının vacibliyini ortaya qoyub.

Məsələ ilə bağlı KONKRET.az-a danışan Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, media üzrə ekspert Qulu Məhərrəmli bildirib ki, televizya aparıcısının müəyyən hüquqları və səlahiyyətləri var.

“Aparıcıdan verilişi təqdim etmək tələb olunur. O, da bütün imkanları ilə verilişin xoşagələn olmasına çalışır. Tamaşaçılarda maraq oyatmaq istəyir. Müsahibləri yaxşı danışdırsın, yeri gələndə moderator, təhlilçi, yeri gələndə situasiyanın sahibi kimi özünü aparsın. Ama bütün bunların hamısı bir davranış nümunəsi kimi təqdim olunmalıdır. Televiziya özü vitrindir. Nümunə götürüləsi vasitədir. Ona görə də, aparıcılar öz davranışlarında nə qədər nəzakətli, mədəniyyətli olsalar, bir o qədər yaxşıdır. Amma bizdə bəzi aparıcılar səlahiyyət hədlərini aşır. Studiyadan adam çıxarır, dəvət olunan qonaqları təhqir edirlər. Hesab edirəm ki, bu, yolverilmızdir. Bəzi hallarda quraşdırılılmış səhnələr də ola bilər. Amma bütün hallarda tamaşaçı onu etik qaydanın pozulması, nəzakətsizlik kimi qəbul edir. Televizya rəhbərləri, rejissorlar da bu məsələyə xüsusi diqqət yetirməlidirlər.“

Yazıçı-publisist, “Olaylar” qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz qeyd edir ki, əyni nimdaş olsa da, yaşını və başını bilən ağbirçək qadına hansısa dırnaqarası aparıcının bu cür davrandığını görəndə utandım:

“Bilirsiniz niyə? Bizim peşəmiz bu cür adamların əlində oyuncağa çevrilməməlidir. Heç bir halda bu dırnaqarası aparıcı jurnalistikanı, aparıcılığı və efiri öz manyak düşüncələrinin məkanına döndərməməlidir. Ayıbdır! Hər şeyi bu cür aşağılamaq və hamını belə qəribə adamların axmaq hərəkətlərinə, yaxud da kaprizlərinə dözməyə məcbur etmək olmaz. Bu aparıcı harada öyrənib ki, efirdə belə davranmaq lazımdır? Kim öyrədib bunu ona? Bu, yolverilməzdir. İlk növbədə ona görə ki, böyük-kiçik var. Yəqin bu söz bizə nəyisə xatırladır! İkincisi, efirə gəlmiş qonağı aparıcının təhqir etməsi, televiziya məkanında nonsesdir. Heç bir özünə hörmət edən efir bu hərəkətlə reytinq toplamaz. Üçüncüsü, bu videoya ictimai münasibət sosial şəbəkə istifadəçilərinin rəylərində görünür. Görəsən, bu verilişi belə formada efirə buraxanlar o rəyləri oxuyublar? Oxusalar görərlər ki, camaat o qadının heyfini onlardan layiqincə çıxıb.”

Aynurə İsmayıl
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Mart 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri