Cammu və Kəşmir turistlərə atəş açıldı Ölü və yaralılar var
Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində silahlı şəxslər turistlərə atəş açıb.
Metbuat.az xəbər verir ki, hadisə zamanı 20 nəfər ölüb, 10 nəfər yaralanıb. “The Indian Express” qəzetinin məlumatına görə, müsəlmanların çoxluq təşkil etdiyi Pahalqam rayonunda iki və ya üç silahlı şəxs bölgəyə gələn turistlərə atəş açıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Hindistanın baş naziri Narendra Modi X hesabındakı paylaşımında, "Cammu və Kəşmirin Pahalqam rayonunda törədilən terror aktını şiddətlə qınayıram. Yaxınlarını itirənlərə başsağlığı verirəm. Yaralıların tezliklə sağalması üçün dua edirəm" - deyə bildirib.
Hücumu təşkil edənlərin məsuliyyətə cəlb ediləcəyini bildirən Modi, Hindistanın terrorla mübarizədə qətiyyətinin sarsılmaz olduğunu və daha da güclənəcəyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 22 Aprel 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















