Ceyhun Bayramov Cammu və Kəşmir üzrə müzakirələrə qatılıb
Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51‑ci sessiyası çərçivəsində Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak və çıxış edib.
XİN-dən verilən xəbərə görə, Ceyhun Bayramov çıxışında Azərbaycanın Cammu və Kəşmir münaqişəsinin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə və müvafiq BMT Təhlükəsizlik Şurası qətnamələrinə uyğun olaraq sülh yolu ilə həllini dəstəklədiyini bildirib.
Bu istiqamətdə, beynəlxalq humanitar hüquqa tam əməl olunmaqla, əhalinin fundamental hüquq və azadlıqlarının qorunmasının, o cümlədən regionun demoqrafik struktunun saxlanılmasının önəmi qeyd edilib.
Nazir Azərbaycanın İƏT və xüsusilə Təmas Qrupu çərçivəsində bu məsələyə göstərilən davamlı diqqəti yüksək qiymətləndirdiyini bildirib.
Nazir Ceyhun Bayramov Cənubi Asiyada ümumi sabitlik və təhlükəsizliyin təmin olunması baxımından Cammu və Kəşmir məsələsinin tezliklə nizamlanmasının əhəmiyyətini qeyd edib.
O, son dövrlərdə regionda yaşanmış gərginliyi Azərbaycanın narahatlıqla izlədiyini ifadə edib.
10 may 2025‑ci il tarixində Hindistan və Pakistan arasında elan edilmiş atəşkəs razılaşması alqışlanıb, bu addımın hər iki ölkə arasında davamlı dialoq və uzunmüddətli münasibətlərin normallaşması üçün təməl rol oynayacağına ümidvarlıq ifadə olunub.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Ceyhun Bayramov Cammu və Kəşmir üzrə İƏT Təmas Qrupunun iclasında iştirak edib
22 İyun 2025 12:40
Cammu və Kəşmir sakinlərinə çağırış: Ərzaq yığın
02 May 2025 14:25
Elnur Məmmədov Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun iclasında iştirak edib
27 Sentyabr 2025 16:50
Cammu və Kəşmir regionunun sərhəd bölgələri təxliyə edilir
07 May 2025 13:55
Səfir: Pakistan Cammu və Kəşmir xalqına dəstəyini davam etdirəcək
27 Oktyabr 2025 17:00
Baxış sayı:65
Bu xəbər 22 İyun 2025 12:52 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları