Icma.az
close
up
RU
Canan Karataydan XƏBƏRDARLIQ: Yayda xeyirli bilib yeyirik, amma…

Canan Karataydan XƏBƏRDARLIQ: Yayda xeyirli bilib yeyirik, amma…

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Türkiyənin məşhur ürək və daxili xəstəliklər mütəxəssisi Canan Karatay yenə müzakirələrə səbəb olacaq açıqlama verib.

Professor yay meyvələrində insan sağlamlığı üçün təhlükənin qat-qat çox olduğunu bildirib.  

Canan Karatay qaraciyər yağlanmasına səbəb olan meyvələrin adını açıqlayıb:

Sidik turşusunu ən çox artıran və şəkər balansını ən çox pozan meyvələr üzüm, əncir, qarpız və qovundur.

İnfarktın səbəbi sidik turşusunun yüksək olmasıdır.

Hazırkı qovun və qarpızların genetikası dəyişdirildiyi üçün sidik turşusunu artırır.

Tərkibindəki yüksək fruktoza sayəsində qaraciyəri piyləşdirir. Canan karatayın sözlərinə görə, infarkt və insultların səbəbi xolesterol deyil, sidik turşusunun yüksək olmasıdır. O bildirib ki, təkcə qovun və qarpız deyil, bəkməz, bal, qazlı içkilər və spirt də sidik turşusunu artırır.

Qovun və qarpız qaraciyəri kökəldir, sağlamlığının qeydinə qalmaq istəyən insanlar yedikləri miqdara xüsusi diqqət etməlidirlər.

“Niyə bulanıq görürəm?”, “Başım niyə fırlanır?”, “Niyə yuxudan qalxa bilmirəm?” deyənlər qovun və qarpızı az yeməlidirlər. Xüsusilə şəkər xəstələri qarpız və qovun yeməməlidir.

Trigliserid artdıqda, laxtalanma da artır. Şəkər yüksəldiyi üçün insulin hormonunun ani yüksəlməsi laxtalanmalara səbəb olur.

İnsulin yüksəldikdə qan hüceyrələrinin yapışqanlığı artır, damarlar kiçilir, infarkt və insult riski yaranır.

Həkim onu da əlavə edib ki, almalar əvvəlki kimi deyil, meyvələrin üzərində istifadə olunan pestisidlər sayəsində torpaqda heç bir mineral qalmır. Heç bir meyvədə mineral yoxdur.

1950-ci ildə bir almada 4 yarım milliqram dəmir var idisə, 1980-ci ildən bu yana 26 alma yesəniz, sadəcə dəmirin on səkkiz faizini ala bilərsiniz.

Bu pestisidlərin hesabına meyvələrdə fruktoza artıb və fruktoza qaraciyərin düşmənidir. Turş almalara etibar etməyin, onların da hormonları və dərmanları var. Qurdlu almaları yeyin.

Belə dərmanlar hormonların xüsusən də, cinsi hormonların balansını pozur, nizamsız menstruasiyaya səbəb olur.

Müasir pestisidlərin tətbiqindən sonra astma 4 min faiz, ürək xəstəlikləri 300 faiz, bronxit 400 faiz artıb.

Fruktoza artdıqda bu xəstəliklərin əsası qoyulur. Onun əsasını yağlı qaraciyər təşkil edir. Fruktoza qaraciyər üçün adi ağ şəkərdən yüz dəfə təhlükəlidir.

Türkiyədə qaraciyər yağlanmasının ən böyük səbəblərindən biri meyvə yeməkdir.

medicalmedia.az 

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri