Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Çanaqqala dəniz zəfəri

Çanaqqala dəniz zəfəri

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün Çanaqqala şəhidlərinin anım günüdür. Qeyd edək ki, 110 il bundan öncə, 1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək olan dövrdə Antanta dövlətlərinin hərbi birləşmələri (Britaniya və Fransa) ilə Osmanlı ordusu arasında tarixin ən dəhşətli döyüşləri baş verib. Həmin vaxtı Britaniya və Fransa orduları həm dənizdən, həm də qurudan Osmanlı ordusunun mövqelərinə intensiv hücumlar həyata keçirirdilər. On ay davam edən döyüşlərdə 45 min 974 türk əsgəri şəhid olub, 174 min 634 nəfər isə yaralanıb. Çanaqqala döyüşündəki döyüş Türk Qurtuluş Savaşına da təsir etmişdir. Hər il Türkiyədə, eləcə də Azərbaycanda Çanaqqala şəhidlərinin anım günü qeyd olunur, müxtəlif mərasimlər təşkil edilir və onların ruhlarına dualar oxunur.

Döyüş necə başlayıb?

Tarixi məlumatlara görə, 19 fevral 1915-ci ildə, güclü fransız qüvvələri ilə İngilis Elizabet döyüş gəmisi Osmanlı sahil qüvvələrini bombalayaraq Çanaqqalaya ilk hücum həyata keçirdilər. Admiral  Robeckun tabeliyində olan ən azı 16 döyüş gəmisindən ibarət nəhəng donanma Çanaqqalanı keçməyə cəhd edirdi. Ancaq Nüsrət Mina Gəmisi adlı Osmanlı mina gəmisinin boğazın Asiya tərəfinə yerləşdirdiyi dəniz minaları müttəfiqlərin gəmilərinin boğazı keçməsinə imkan vermədi. Bu minaların partlaması nəticəsində  ingilis və fransızların üç döyüş gəmisi məhv oldu, bir neçə gəmiyə isə ciddi ziyan dəydi. İngilis və fransız donanmasının öz istəyinə nail ola bilməməsi və ağır itkilərə məruz qalması onlarda çox ciddi təşviş yaratdı. Bu səbəbdən martın 18-də müttəfiqlərin gəmiləri qurudakı Osmanlı ordusunun mövqelərini şiddətli atəşə tutmağa başladılar. Osmanlı ordusunun Mecidiyye və Hamidiyyə istehkamları daha çox atəş altında idi. Çanaqqalanı dəniz yolu ilə keçə bilməyəcəklərini anlayan müttəfiqlər Seddülbahir və  Arıburnu cəbhəsi istiqamətindən quruya qoşun çıxardılar. Amma Osmanlı əsgərlərinin ciddi müqaviməti ilə üzləşib geri çəkilmək məcburiyyətində qaldılar.

Çanaqqalanın strateji əhəmiyyəti

Osmanlı dövlətinə məxsus boğazlar strateji baxımdan Antanta dövlətləri üçün əhəmiyyətli hesab olunurdu. Həm Britaniyanın, həm də Fransanın məqsədi boğazları ələ keçirməklə Almaniya ilə Osmanlını bir-birindən təcrid etmək və İstanbulu zəbt etməklə Osmanlının Qara dənizdə hökmranlığına birdəfəlik son qoymaq idi. Eyni zamanda Rusiya ilə etibarlı qida və hərbi ticarət yolu açmaq da əsas hədəflərdən biri idi. Həmin dövrdə məhdud əlverişli çıxış imkanlarına malik olan Rusiya Britaniya və Fransanın dəstəyinə ehtiyac duyurdu. London və Paris bu dəstəyi təmin etmək üçün dörd strateji yolu nəzərdən keçirirdi. Həmin zaman şimal nəqliyyat xətlərindən ikisinin keçilməz, Şimal dənizinin çox böyük hissəsində suların donmuş vəziyyətdə, Baltik dənizinin alman donanmasının nəzarəti altında olduğundan müttəfiqlərin diqqəti İstanbul boğazlarına yönəlmişdi. Avropalılar düşünürdülər ki, onlar Osmanlını asanlıqla məğlub edib boğazları ələ keçirəcəklər, qələbə çalacaqları təqdirdə isə Osmanlının ərazisi olan bütün Yaxın Şərqə nəzarət edəcəklər. Amma Osmanlı ordusunun qətiyyətli və rəşadətli müqaviməti nəticəsində müttəfiqlər ağır məğlubiyyətə uğradılar, onların bütün hədəfləri puç oldu və öz məqsədlərinə nail ola bilmədilər.

Çanaqqalanın Azərbaycan şəhidləri

Çanaqqala cəbhəsində verilən mücadiləyə Türk dünyasının hər yerindən minlərlə insan dəstək vermişdi. Qardaşlıq ənənəsinə sadiq qalan Azərbaycan türkləri könüllü olaraq Çanaqqala döyüşünə qatılaraq Osmanlı əsgərləri ilə çiyin-çiyinə düşmən qüvvələrinə qarşı, vuruşmuşdular. Tarixi faktlara görə, 3 mindən çox azərbaycanlı türkçülük, İslam və Vətən uğrunda canlarından keçən 253 min məhmətçiklə eyni taleyi paylaşaraq qəhrəmancasına şəhid olmuşdur.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Mart 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri