Canavar hücumuna məruz qalan şəxs Bakıya təxliyə olundu
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 20-si axşam saatlarında Şəkinin Bideyiz kəndində canavar hücumuna məruz qalaraq xəsarət alan şəxslərin son vəziyyəti məlum olub.
KONKRET.az-ın xəbərinə görə, Şəki Rayon Mərkəzi Xəstəxanasından “yeni sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 21-də saat 22:50 radələrində canavar dişləməsi səbəbilə iki nəfər təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
Onlardan birinin – qadının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.
Digər yaralı – kişi cinsli şəxs daha ixtisaslı tibbi yardım alması üçün Respublika Klinik Xəstəxanasına təxliyə olunub. 2020-ci il təvəllüdlü pasiyentin hazırda üz-çənə cərrahiyyəsi şöbəsində müalicəsi davam etdirilir.
“Aparılan müayinələr nəticəsində xəstəyə göz yuvası və yanaq nahiyəsinin açıq yarası, alın nahiyəsinin sınığı, qanaxma və dişlənmə diaqnozları qoyulub. Vəziyyəti orta ağır qiymətləndirilir. Göz nahiyəsində şişkinlik müşahidə olunduğu və quduzluq əleyhinə peyvəndlərin vurulması davam etdiyi üçün əməliyyatın tarixi xəstənin vəziyyətinə uyğun olaraq müəyyən ediləcək”, – xəstəxanadan bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 25 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















