Canlı yayımda şok iddia: Türkiyəyə müharibə elan edəcəklər
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benjamin Netanyahunun Türkiyə prezidenti Rəcəb Tayyip Erdoğanı hədəf alan açıqlamalarından sonra bölgədə gərginlik daha da artıb.
Turkustan.az xəbər verir ki, canlı yayımda çıxış edən amerikalı jurnalist Kurt Mills İsrailin Türkiyə ilə mümkün qarşıdurma halında ABŞ-dan dəstək ala biləcəyini iddia edib.
Qeyd olunur ki, İsrail–Türkiyə münasibətlərindəki gərginlik artıq təkcə Qəzza ilə məhdudlaşmır, eyni zamanda Suriya və Livanı da əhatə edən daha geniş regional müstəviyə yayılır. Türkiyə isə ölkələrin suverenliyini müdafiə edən mövqe sərgiləyərək İsrailin bölgədəki hərbi əməliyyatlarına qarşı çıxır.
Müvəqqəti atəşkəsə baxmayaraq, Netanyahu aqressiv ritorikasını davam etdirir və son olaraq sosial mediada Prezident Ərdoğanı hədəf alan paylaşım edib. Bu açıqlamalar Türkiyədə ciddi reaksiyalara səbəb olub.
Kurt Mills isə qatıldığı proqramda bu gərginliyin bölgədə sabitliyi daha da poza biləcəyi barədə xəbərdarlıq edib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 14 Aprel 2026 16:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















