“Dövlət xəstəxanasında avadanlıq işləmirsə, çıxış yolları tapılmalıdır”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Xəstələrin müqaviləli özəl tibb müəssisələrinə göndəriş alması və həkim seçimi ilə bağlı çətinliklər də diqqət tələb edir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.
“Qaydalara görə, sığorta çərçivəsində tələb olunan xidməti dövlət tibb müəssisəsində göstərmək mümkün olmadıqda özəl xəstəxanaya göndəriş verilə bilər. Lakin müraciətlərdə növbələrdən, göndərişin gecikməsindən və təkrar müayinələrdən şikayət olunur. Əlbəttə, bütün xidmətlərin məhdudiyyətsiz maliyyələşdirilməsi qeyri-mümkündür. Bununla belə, dövlət müəssisəsində avadanlıq işləmirsə, mütəxəssis yoxdursa və ya gözləmə xəstənin sağlamlığına risk yaradırsa, o zaman müəyyən çıxış yolları tapılmalıdır. İmtina və gecikmənin səbəblərinin də xəstələrə bildirilməsi vacibdir”, - komitə sədri bildirib.
Nuranə Daxilqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2026 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















