Canlı yayımda söyüş söyən daha bir tiktoker HƏBS EDİLDİ
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Daha bir tiktoker sosial şəbəkədə yol verdiyi əxlaq pozuntusuna görə həbs edilib.
Lent.az-ın məlumatına görə, Ağstafa rayon sakini 34 yaşlı Məftun Xəlilov (şərti adla) tiktok sosial şəbəkəsində özünə məxsus "xabib_05" adlı səhifədə açdığı canlı yayımda qeyri-etik ifadələr səsləndirib. Bununla da ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
Bu əməlinə görə Məftun polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.
Məftun ifadəsində bildirib ki, canlı yayım zamanı bir dostu ona yaxınlaşaraq, pul xırdalamasını istəyib. Bu zaman Məftun onunla söyüşlə zarafat edib. O, əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyini bildirib.
Məhkəmənin qərarı ilə M. Xəlilov 6 gün müddətinə inzibati qaydada həbs edilib.
Baxış sayı:208
Bu xəbər 05 Avqust 2026 21:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















