Çaqqal hücumundan necə qorunmaq olar? AÇIQLAMA
Demokrat.az saytına istinadən Icma.az xəbər verir.
Müxtəlif bölgələrdə çaqqal hücumlarının artması ilə bağlı xəbərlər ictimai narahatlıq yaradıb və bu məsələ həm ekoloji, həm də təhlükəsizlik baxımından diqqət mərkəzinə düşüb. Əsas sual isə ondan ibarətdir ki, bu hallar hansı səbəblərlə bağlıdır və insanların gündəlik həyatında hansı riskləri yaradır, eləcə də bu cür hadisələrin qarşısını almaq üçün hansı tədbirlərin görülməsi zəruridir.
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyev bildirib ki, burada əsas amillərdən biri ətraf mühitin düzgün idarə olunmasıdır.
"Qida və zibil qalıqları açıq saxlanılmamalı, qida mənbələri kənarlaşdırılmalı və qapalı şəkildə qorunmalıdır. Çünki çaqqallar ilk növbədə qida mənbələrinə, xüsusilə tullantı zonalarına yaxınlaşır, insanla qarşılaşmadıqda isə hücum riski yarana bilər. Fiziki qorunma tədbirləri də vacibdir. Həyətlər hasarlanmalı, gecə saatlarında ərazilərin işıqlandırılması təmin olunmalıdır. Böyük fermer təsərrüfatlarında, xüsusilə heyvandarlıqla məşğul olan sahələrdə elektrik çəpərlərdən istifadə etmək mümkündür. Kiçik təsərrüfatlarda da ehtiyat tədbirləri görülməli, heyvan saxlanılan yerlər açıq buraxılmamalıdır. Mühafizə məqsədilə itlərdən istifadə də effektiv üsullardan biridir".
Ekspert bildirib ki, bu cür ərazilərdə azyaşlı uşaqların və yaşlı şəxslərin tək buraxılması məqsədəuyğun deyil.
"Xüsusilə mal-qara, qoyun-quzu kimi heyvanların saxlanıldığı təsərrüfatlarda təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Hücum zamanı qaçmaq tövsiyə edilmir. Bəzi hallarda insan özünü daha iri göstərərək, səs-küy salaraq və ya yavaş-yavaş geri çəkilərək təhlükədən qoruna bilər. Əgər hər hansı dişləmə hadisəsi baş verərsə, dərhal tibbi yardıma müraciət olunmalı və müvafiq peyvəndləmə həyata keçirilməlidir".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Baxış sayı:84
Bu xəbər 25 Aprel 2026 11:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları