CAR da biznes mərkəzi çöküb 6 ölü
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərindəki bir biznes mərkəzinin binası struktur möhkəmləndirmə işləri zamanı çöküb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yohannesburq Təcili Yardım Xidmətləri açıqlama yayıb.
Məlumata görə, Yohannesburqun cənubundakı Ormonde bölgəsindəki iki mərtəbəli bina çökdükdən sonra 12 nəfər dağıntılar altında qalıb. Üç nəfəri yaralı vəziyyətdə xilas etmək mümkün olsa da, altı nəfərin cəsədi aşkarlanıb.
Dağıntılar altında olduğu güman edilən qalan üç nəfərin xilas edilməsi üçün səylər davam edir. Çökmənin səbəbləri ilə bağlı araşdırma başlayıb.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:Hindistanda tələbə yataqxanası çöküb 6 ölü
07 Sentyabr 2026 18:04
CAR da ardıcıl qanlı hücumlar 6 ölü
22 Yanvar 2026 00:03
Pakistanda mədən çöküb 9 ölü, 3 yaralı
02 Aprel 2026 15:07
Çində bina çöküb 5 ölü, 17 yaralı
20 Avqust 2026 00:03
Tanzaniyada bina çöküb: 13 ölü, 26 yaralı var
18 Noyabr 2024 10:16
Baxış sayı:104
Bu xəbər 04 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















