Cari ilin 9 ayı ərzində sağlamlıq və istirahət mərkəzlərinə verilən yollayışların sayı açıqlanıb
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 31 oktyabr, Günel Türksoy, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən sağlamlıq və istirahət mərkəzlərinə yollayış verilməsi prosesinin elektronlaşdırılması həm inzibati, həm də xidmətin keyfiyyəti baxımından mühüm dəyişikliklərə səbəb olub. Belə ki, vətəndaş müraciətlərinin onlayn qaydada qəbul olunması şəffaflıq və operativliyi təmin edir. Eyni zamanda, təklif olunan yollayışlar müraciət edən şəxsin tələblərinə uyğun formalaşdırılır. Bu da, təbii ki, üzvlərimizin məmnunluq səviyyəsinin yüksəldilməsi deməkdir.
Bu fikirləri AZƏRTAC-a məxsusi müsahibəsində AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev deyib.
O bildirib ki, elektronlaşma prosesi insan faktorunun təsirini minimuma endirməklə daha obyektiv qərarların verilməsinə şərait yaradıb, müraciətlərin qeydiyyatı, təsdiqi və imtina səbəblərinin izlənilməsi asanlaşıb: “Ümumilikdə bu yenilik əlçatanlıq, şəffaflıq və vətəndaş məmnuniyyəti baxımından olduqca əlverişlidir”.
Cəmaləddin Quliyev qeyd edib ki, 2025-ci ilin ilk 9 ayı ərzində sağlamlıq və istirahət mərkəzlərinə getmək üçün müraciət edən vətəndaşlarla 39 min 363 yollayış verilib.
Qeyd edək ki, müsahibənin tam mətni bir qədər sonra AZƏRTAC-da yayımlanacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 31 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















