Icma.az
close
up
RU
Çarles Boli: “Azərbaycana gəlməmişdən öncə onlarla söhbətim oldu” MÜSAHİBƏ

Çarles Boli: “Azərbaycana gəlməmişdən öncə onlarla söhbətim oldu” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

“Araz-Naxçıvan”ın yeni transferi Çarles Bolinin Futbolxeber.az saytına müsahibəsi

- Artıq bir neçə gündür “Araz-Naxçıvan”a qoşulmusunuz. İlkin təəssüratlarınız necədir?

- İlkin təəssüratlarım əladır. Burada olmaqdan məmnunam. Məni “Araz-Naxçıvan”da çox yaxşı qarşıladılar. İstər oyunçular, istər məşqçilər, istərsə də texniki heyət. Komandada gözəl atmosfer var. Bütün bunlar məni sevindirir.

- Şablon da olsa, soruşmalıyıq, daha əvvəl Azərbaycan, yaxud futbolumuz barədə hər hansı məlumatınız var idi?

- Bura gəlməmişdən öncə Azərbaycan haqda müəyyən məlumatım var idi. Amma canlı görmək tam başqadır. Bir neçə gündür Bakıda olsam da, şəhəri çox bəyəndim. Düzdür, hələlik çox gəzmək imkanım olmayıb. Lakin görünən odur ki, paytaxt çox gözəldir. Futbol tərəfindən yanaşdıqda isə burada çıxış edən bəzi tanışlarımdan müəyyən məlumatlar əldə etmişdim.

- Kimlərdən?

- “Neftçi”dən Ervin Koffi, “Qarabağ”dan Abdullah Zubiri tanıyıram. Bura gəlməmişdən öncə onlarla söhbətim oldu. Həm Koffi, həm də Zubir “Araz-Naxçıvan” haqda müsbət fikirlər səsləndirdilər.

- Qarşıda “Araz-Naxçıvan”ı UEFA Konfrans Liqası gözləyir. “Aris”lə oyunlarda şansları necə dəyərləndirirsiniz?

- “Aris” yaxşı komandadır. Çox yaxşı heyətləri var. Bununla belə, hazır olmalıyıq. Əlimizdən gələni edəcəyik ki, sevinən tərəf biz olaq. 20-25 gün vaxtımız var. İnanıram ki, Yunanıstan klubuna qarşı layiqli çıxış edəcəyik.

- İlk matçı evdə keçirmək “Araz-Naxçıvan”ın lehinədir, yoxsa əleyhinə?

- Ciddi bir fərqi yoxdur. Mərhələ adlamaq istəyiriksə, hər iki matçda yaxşı, diqqətli oynamalı, mümkün qədər az səhvə yol verməli və qalib gəlmək üçün əlimizdən gələni etməliyik.

- “Lans”ın yetirməsi olduğunuzu nəzərə alsaq, “Land of fire Azerbaijan” ifadəsi sizə nəsə xatırladır?

- Əlbəttə, “Land of fire Azerbaijan” barədə məlumatım var. Bu, əla layihə idi. Hafiz Məmmədovu da, “Bakı”nı da tanıyıram. Həmin vaxt mən “Lans”ın akademiyasında idim.

- Əməkdaşlıq çərçivəsində “Bakı”nın yetirmələri də bir müddət “Lans”ın akademiyasında hazırlıq keçmişdilər. Həmin gənclərdən bəziləri bu gün Azərbaycan millisində forma geyirlər. Adlarını xatırladıqlarınız var?

- Bəli, yadımdadır, o zaman “Bakı”nın bir neçə gənc futbolçusu da “Lans”ın akademiyasında oldu. Təəssüf ki, indi onların adlarını xatırlamıram.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 30 İyun 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see236

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see225

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see193

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see186

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see161

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see150

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see150

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see147

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see144

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see143

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see139

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see136

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see136

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see134

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see132

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see130

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri