Icma.az
close
up
RU
Hindistan Azərbaycana blok qoydu: Qazanan yenə Bakı oldu MÜSAHİBƏ

Hindistan Azərbaycana blok qoydu: Qazanan yenə Bakı oldu MÜSAHİBƏ

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir.

- Tofiq müəllim, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) Azərbaycanın üzvlüyü Hindistan tərəfindən bloklandı. Ölkəmizin bu təşkilatla üzvlüyü nə qazandıra bilərdi?

- İndiki mərhələdə konkret nəticələrə gəlmək çətindir. Şanxay Əməkdaşlıq Təşkilatının daha çox anti-Qərb mövqe tutması göz önündədir. “ŞƏT plyus” formatında Zirvə toplantısı, Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərin və hərbi paradın üst-üstə düşməsi bir növ siyasi mesaj kimi qiymətləndirilir. Buna aid ABŞ Prezidenti Donald Trampın və digər Qərb ölkələrinin liderlərinin reaksiyası onu göstərir ki, bu, bir növ siyasi birlik nümunəsinin nümayişi olub. Bu baxımdan Azərbaycan və Ermənistanın ŞƏT-ə bundan öncəki dövrdə üzv olması bəlkə də normal idi. İndiki halda isə görünən odur ki, bu təşkilatın siyasi siması dəyişir. Bu tendensiya artıq göz qabağındadır. Bəlkə də Azərbaycan özünün neytral mövqeyini qorumaq üçün bu təşkilatın üzvü deyil. ŞƏT-in bundan sonra fərqli bir təşkilata çevrilməsi artıq hamı üçün bir gözləntiyə çevrilib.

- Azərbaycanın bu mövqeyi ona hansı üstünlüklər verir?

- Ölkəmizin neytral mövqeyi bəllidir. Bu, bizim siyasətin əsas meyarı və məqsədidir. Bundan sonra hansı hadisələrin baş verəcəyini izləmək lazımdır. Çünki ŞƏT-in bundan sonra fərqli bir təşkilata çevrilməsi heç kəsdə şübhə yaratmır. Hər halda Azərbaycanın seçim imkanları qalmaqdadır. Bu istiqamətdə Azərbaycanla bağlı hər iki istiqamətdə (Qərb və Şərqdən) olan çağırışlar bundan sonra da davam edəcək. Məlum hadisədən sonra Bakıya yönəlmiş mesajlar səslənəcək.

- Dehlinin Azərbaycana qarşı bu davranışının arxasında hansı məqamlar gizlənir? Bakını vacib platformadan uzaq tutmaqla hindlilər nəyə nail olmaq istəyir?

- Hindistan Çinlə böyük problemlərinin olmasına baxmayaraq nümayişkaranə şəkildə bəzi hərəkətlər edir. Çin, Rusiya və Hindistan cütlüyünün birlikdə olmasını protokollarda, yəni rəsmi tədbirlərdə görmək olur. ŞƏT-in Zirvə toplantısında Hindistanın Baş naziri Narendra Modi bunu nümayiş etdirirdi. Modinin Rusiya Prezidentinin (Vladimir Putin) əlindən tutub Çin rəhbərinin (Si Cinpin) yanına getməsi diqqətdən yayınmadı. Bu baxımdan Hindistanın indiki mərhələdə Azərbaycanı ŞƏT-ə üzvlüklə bağlı blok etməsi şəxsi yanaşmama görə, müsbət haldır. Ölkəmizin hansı bloka yaxın olması məsələsi, nəyi seçməyimizlə bağlı mövzular hələ də açıq qalır. Bu, eyni zamanda ölkəmizin özünün daha sərbəst hiss etməsi üçün də imkanlar açır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see241

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see237

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see219

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see210

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see194

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see181

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see173

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see169

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see166

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see154

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see150

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see149

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see148

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see148

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see147

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see139

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see137

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri