Icma.az
close
up
RU
“Çarli Çaplin aktyor deyil” Əməkdar artist Coşqun Rəhimovla MÜSAHİBƏ

“Çarli Çaplin aktyor deyil” Əməkdar artist Coşqun Rəhimovla MÜSAHİBƏ

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lent.az-ın müsahibi Əməkdar artist Coşqun Rəhimovdur.

- Coşqun bəy, mütaliə edirsiz?

- Çoxdandır etmirəm, amma qarşıma çıxan yaxşı bir yazı olanda çalışıram oxuyum. Aktyor işinin özəyi müşahidədir. Doğrudur, mütaliə də vacibdir, amma niyə yalan deyim ki? Yaxın vaxtlarda bir kitabı əvvəldən axıra oxumamışam. Azərbaycan ədəbiyyatından Nəsimi, Nizami, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Cəfər Cabbarlının əsərlərini oxuyurdum, sevirdim. Romanlar oxuyurdum. Kitabı çox sevirdik. İndi texnologiya inkişaf edib, kitablar elektron formadadır. Bu gözəl bir şeydir, yetər ki, gənclər kitab oxusun.

- Bəs nələri izləyirsiz?

- Çox adam deyir, öz televiziyalarımıza baxmıram, amma mən çalışıram mütəmadi baxım. Həm verilişləri, həm serialları izləyirəm. Tamaşaçını bir az zövqsüzləşdirdilər, başqa yönə apardılar. Deyim ki, bizim çəkdiklərimiz tam filmlərdir, yox. Son vaxtlar yadda qalan bir kommersiya filmi yoxdur ki, ona dəfələrlə baxasan. O dövrkü filmlərə dəfələrlə baxırdıq, hər dəfə də yeni nələrsə götürürdük.

- Nəylə bağlı oldu bu bayağılaşma?

- Çoxluqla bağlıdır. Şərait yaradıldı. Yəqin ki, bu, olmamalı idi. Senzuranı bir az çoxaltmaq lazım idi. Ümumiyyətlə, istər teatr səhnəsində, filmlərdə, televiziya tamaşalarında, seriallarda senzuranı artırmaq gərəkirdi. Mən kimisə güldürə, dostlar arasında yaxşı zarafat edə bilirəm deyənlər adlarının altına aktyor yazırlar. Sənin təhsilin olmalıdır, məktəb keçməlisən.

- Çoxluq dediniz. Dünyanın hər yerində bu çoxluq var, amma bununla belə çox yaxşı filmlər, yumor yaranır. Bizdə niyə bu çoxluq arasında yaxşı bir iş - film, yumor çıxmır?

- Cılızlaşma gedir. Çünki öz təqdimatları yoxdur. Bu işi sevirsənsə, peşəkarsansa, öz forman olmalıdır. Bu formanı tamaşaçıya qəbul etdirə bilmirsənsə, təqdimatın zəif olacaq.

- Siz parodiyalar da edirsiz. Parodiya və aktyorluq - bunları necə müqayisə edərsiz?

- Heç bir fərq yoxdur. Mənim oynadığım istər qadın, istər kişi obrazlar olsun - hamısı parodiyadır. Əgər hansısa bir obrazı - məktəb direktoru, qayınananı, müəllimi olduğu kimi göstərəcəmsə, bu parodiyadır. Paradist olmaq asan bir şey deyil. Tanınmışları ən çox parodiya edən mən olmuşam. Bunu yaxşı, ya pis etmişəm, qoyaq bir kənara. Amma mən paradist deyiləm. Paradistin 5-6 obrazı olur, ancaq onları parodiya edir. İldə maksimum 1 obraz qatır öz repertuarına.

- Uğursuz hesab etdiyiniz hansı parodiyalarınız var?

- Çox olub. Məsələn, Könül Kərimova. O insanın özündə bir fobiya var, istəyi yoxdur. Biz onun xətrini çox istəyirik. Təhqir etmirik, təqlid edirik. Amma o çox narahat idi. Aktyor elədir ki, səhnədə tamaşaçıdan istilik alır və onu ötürür. Könül xanım özü də zalda idi. Heç kim tanımasın deyə, makiyajsız, qara eynəklə gəlmişdi. Həmin parodiyanı məhv elədi. 

- Əvvəldən icazə almışdız bunun üçün?

- Əlbəttə. Böyük bir incikliyimiz olmadı, amma narahat idi.

- Ümumiyyətlə, parodiya etməzdən əvvəl həmin adamdan icazə alırsız?

- Xeyr, sadəcə özünə deyirik. Təklif də edirik ki, həmin gün gəlib otursun, baxsın. Çünki o adam da zalda olanda daha maraqlı olur, qarşılıq verir və ikiqat gülüş yaradır. Həmin insan özünü güzgüdə görür. 

- Bəs qəbul etməyənlər olurdu?

- Bir dəfə müraciət elədik. Dedi ki, yox, mənə əl dəyməyin, istəmirəm.

- Kim?

- Orxan Fikrətoğlu. İstəmədi, biz də etmədik. Bizim ona böyük hörmətimiz var, onun da bizə.

- Bəs elədiyiniz parodiyaya görə sizə etiraz edənlər oldu?

- Elza Seyidcahanı nəzərdə tutursunuzsa, onun etirazı belə zarafat idi. Dəfələrlə parodiyalar etmişik və həmin insanlar gəlib özləri zalda oturub bizi izləyiblər. Elariz Məmmədoğlunu dəfələrlə parodiya etmişik. İndi ABŞ-da yaşayır. "Bu Şəhərdə"yə başlayanda bizim musiqiçilər Elarizin ansamblı idi. Bir dəfə onu parodiya etməyəndə deyirdi ki, nə olub, incimisiz məndən? Amma "Bu Şəhərdə" təkcə parodiya üzərində qurulmayıb. Biz parodiyasız da tamaşalarımızı verə bilərik. Çünki cəmiyyətdə yetərincə mənfi hallar, obrazlar, xoşagəlməz hadisələr var. Tamaşaçı mənim oynadığım obrazların içindədir. Bizə lazımdır ki, insan öz "mən"i ilə danışa bilsin, öz problemlərini görsün - bu yeznə-qayın da ola bilər, gəlin-qaynana da. Nə qədər dünya var, bunlar olacaq.

- Toy səhnəsində Rafael İsgəndərov hər dəfə "bir tuş ver" deyir. Kimin ideyasıdır bu?

- Tuş tamadaların, masabəylərin sözünə bir qüvvətdir. Dediyi məsləhətə, verdiyi təbrikə dəstəkdir. Tuş toyun bəzəyidir.

- Sənətə gəlməyiniz necə oldu?

- Onda sən dünyada yox idin (gülür). 1990-cı ildə biz İncəsənət Universitetinə qəbul olduq. 1992-ci ildə isə artıq teatr fəaliyyətim yavaş-yavaş başlayırdı. Hüseynağa Atakişiyevin dəvəti ilə Əhməd Cavadın yubileyində repressiya qurbanları olmuş insanların həyatını təqdim edirdik. Mən onda Mikayıl Müşfiqin obrazını canlandırırdım. Teatrla ilk tanışlığım onda oldu. Universiteti bitirməmiş Rafael İsgəndərovla həmin teatra təklif aldıq. Dövlət Gənclər teatrında istər dramatik, istər komediya janrında tamaşalar oynadıq. 2000-ci ildə Rafael nəsə eləmək istəyirdi. İnsanın beyninə ideya gələndə təkcə pulu fikirləşmir. Təklif elədi, sevə-sevə razı oldum. Və çox risk, həyəcanla “Space” kanalına, Mehriban Ələkbərzadəyə müraciət elədik. O bizə şərait yaratdı və fəaliyyətimizə başladıq. Pilot çəkilişi çəkdik. Novruz bayramı ərəfəsi idi. Təqdim etdik və bəyəndilər, tamaşa bayram günü efirə getdi.

- Rafael bəylə dostluğunuz necə yarandı?

- O vaxt trolleybuslar var idi. Bublik yeyə-yeyə trolleybusa minirdik. Hərdən o bublikin dadı üçün darıxıram. Elə o bublikdən yeyə-yeyə mən bir zarafat elədim, o qəbul elədi, mən onun zarafatın qəbul elədim. Beləcə dostluğumuz yarandı. Və artıq 35 ildir... 

- Heç incikliyiniz olub?

- Olub. Sadəcə inciklik. Nə qədər bir-birimizin xətrinə dəysək də, anlayırıq. Bir-birimizin dilini də bilirik, mən onun sözünə qulaq asıram, o mənim. Bir baxışla anlayırıq hər şeyi. 

- Müşfiq Abbasovla necə tanış olduz?

- Ortaq bir dostumuz var idi, o tanış elədi. Dedi ki, KVN-çi ssenari yazan bir adam var. Onunla da sözümüz alındı, anlaşdıq. Sonra Müşfiq başladı ssenarilər yazmağa. Nəyi və niyə edəcəyimizi bilirik.

- Niyə edirsiz?

- Bizim janrımız estradadır. Bu janr bir güzgüdür. Baş verən istər sosial, istər məişət hadisələrini tamaşaçıya təqdim edirik. Niyə edirik? Çünki istəmirik insanlar o mənfi şeyləri etsin. Göstərdiyimiz tamaşalar insanları formalaşdırmağa, özünü yığışdırmağa kömək edir. Elə şeylər var ki, onları yanğı ilə göstəririk. Baxmayaraq ki, obraz, oyun olaraq təqdim edirik. Amma içimiz yanır.

- Qadın obrazlarını əksərən siz canlandırırsız. Bununla bağlı ailədə, qohumlarda hansısa tənqidlər olub?

- Bəlkə də, inanmayacaqsınız, amma heç vaxt olmayıb. Mən nə elədiyimi çox gözəl bilirəm. Əgər qadın obrazını üzdəniraq kimi yox, qadın kimi təqdim edirəm. Tamaşaçı görür ki, bu, oyunu ilə qadındır, digər obrazda təpədən dırnağa kişidir. Bu heç kimin ixtiyarında deyil ki, tənqid etsin. Özü də mən qohum-əqrəbanı çox yaxına buraxmıram. O demək deyil ki, onları tanımıram, üz çevirmişəm. Sadəcə məsafə saxlamağı bacarıram. 

- Bəzən qadınlar o dikdabanda yeriməkdə çətinlik çəkirlər...

- Əksər qadın aktrisalar qadın obrazını oynaya bilmir. Qadınlar qadın obrazına oyun qatır. Niyə? Axı sən qadınsan. Oyununa oyun qatma. Bilsən ki, qadınsan, onda bütün obrazların öhdəsindən gələrsən. 

- Vəzifə təklifi gəlib sizə?

- Gül kimi vəzifəm var da. Səhnədə bütün vəzifələri oynayıram (gülür). Məktəb direktorundan tutmuş milyonerə qədər hamısını oynayıram. Bunu Rafaelin adından da deyə bilərəm ki, biz bütün istədiyimiz obrazları oynayırıq. Rejissoru gözləmirik ki, görəsən, bu rolu mənə verər? Teatr səhnəsində Hüseynağa Atakişiyev zəng elətdirib teatra çağırır, tamaşanı mənim üzərimdə qururdusa, demək, o insan mənim istedadıma bələd idi. İndi elə qarşısındakına inanan insanlar azdır. "Karmen" tamaşasında Jose obrazını oynamışam. İndiyə qədər də o tamaşadan danışırlar. Çox maraqlı və yeni nəfəsdə bir tamaşa idi. İndi azdır elə tamaşalar. Bəlkə də, mən tamaşaya baxmağa getmirəm...

- Bunu az adam bilir, amma "Təhminə" filmində epizodik bir rolunuz var...

- Mən o filmi yenidən çəkmək istəyərdim. Yeni bir nəfəs verərdim. "Nəsimi"ni "Babək"i yenidən çəkmək lazımdır. Yeni texnikalar, aktyorlarla, rejissorlarla etmək lazımdır. Sadəcə istək olmalıdır.

- Amma istək yetərli deyil. Çünki "Babək", "Nəsimi" kimi filmləri çəkməyə böyük büdcə lazımdır.

- Bəli. O istəyimi həyata keçirmək istəyərdim. Dəfələrlə tarixi filmlərə, hadisələrə müraciət ediblər. Onu tamaşaçıya yenidən çatdırmaq lazımdır. Böyük qələbəmiz oldu. Çox istərdim ki, bu barədə yaxşı bir film çəkilsin.

- Bir tarixi şəxsiyyəti oynasaz, bu kim olar?

- Nadir Şah. Böyük insan olub. Çünki özfəaliyyət dərnəyində o obrazı oynamışam. İndi də deyirlər ki, tamaşaçını sənə qulaq asmağa məcbur eləmişdin.

- Həccə getmisiz. Namaz qılırsız?

- Namaz qılıram. Möminəm. Bacardığım qədər yaradana şükür edirəm.

- “Planet Parn iz Baku” özünə bir qrup yaratdı. Siz 2 nəfərlə kifayətləndiz. Əlavə kimisə qatmaq fikri olmadı?

- Yox. Niyə olsun? Bizim özəlliyimiz budur elə. İki nəfərlik tamaşa.

- Rafael bəylə sizin adınız artıq eyniləşib. Keçən dəfə Rafael bəyin oğlu deyirdi ki, bir nəfər küçədə məni görüb dedi, səni tanıyıram, sən Rafaellə Coşqunun oğlusan.

- Bəli, bəzən mənə Rafael, ona Coşqun da deyirlər. Səhv salırlar.

- Bu yaxınlarda bir çıxışınız oldu ki, Mister Bin aktyor deyil. İstərdim bunu açıqlayasız.

- Mən çox müsahibə vermirəm. Çünki bəziləri naşı jurnalistlərdir. Həmin verilişdə jurnalist soruşdu ki, Mister Bin necə aktyordur? Dedim ki, o aktyor deyil. Mister Bin prototipdir. Bir axmaq adamın axmaq vəziyyətlərə düşməyidir. Bir kloun obrazı kimidir. 

- Onda Çarli Çaplin haqqında da eyni fikirdəsiz?

- Bəli. Çarli Çaplin özü də, Lui De Fünes də aktyor deyil. Onun hansısa bir filmdə fərqli obrazını görmüsüz? Əlbəttə, belələrinə aktyor deyən varsa, onda aktyor sənətinə nə deyək? Səhnədə bir-birindən maraqlı obrazlar yaradan aktyorlara nə deyək? Roan Atkinson vəziyyət yumorunu oynayır. Bu, aktyorluq deyil, kloun sənətinin pik nöqtəsidir. Onu başqa bir rola çəkdilər, onda da Mister Bin obrazını oynadı. Mən elə oynasam, min dənə Mister Bin obrazlarını arxada qoyaram. Çünki öz işimə bələdəm, işimi bilən insanam.

- Sizi tənqid edən bəzi aktyorlar da oldu...

- Türkay Cəfərli o barədə paylaşım edib ki, qurşaqdan aşağı zarafatlar edirlər. Bizim auditoriyamız ailədir. Necə qurşaqdan aşağı zarafat edə bilərik? Utanıb xəcalət çəkdim ki, bu işlə məşğul olan, özünə aktyor deyən insanlar da mənim fikrimə əks münasibət bildiriblər. Ayıb olsun ki, aktyoru prototipdən ayıra bilmirsiz. Siz nə aktyorsuz axı? Aktyor tanınmalıdır. Tanınmırsa, demək, o aktyor deyil. Mən heç o aktyoru tanımıram. Yenə də öz fikrimdə qalıram. Aktyor başqadır, prototip başqa. Bir aktyor var, Beni Hill. O məsələn, əsl aktyordur. Mister Binlə eyni vaxtda məşhurlaşmışdı. Çox maraqlı təqdimatı var idi. Yenilik gətirən bir aktyor idi, Mister Bin kimilər onun əlinə su tökə bilməz.

Foto - İlkin Nəbiyev © APA GROUP


 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://lent.az
archiveBu xəbər 31 Oktyabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şorba bişirməkdən imtina edən arvadını bıçaqlayıb dərisini soydu

30 Oktyabr 2025 04:15see195

İngiltərə çempionu 90 il sonra bu aqibətlə üzləşdi Antirekord

30 Oktyabr 2025 09:02see178

21 yaşlı Adilin ölüm səbəbi TƏFƏRRÜAT KONKRET

30 Oktyabr 2025 01:01see174

Mayonezlə bağlı şok araşdırma Sağlamlığa ciddi təhlükə imiş...

31 Oktyabr 2025 05:06see134

Nvidia dünyanın ən dəyərli səhmdar şirkəti oldu

30 Oktyabr 2025 03:45see133

Anar Əliyev Naxçıvanda vətəndaş qəbulu keçirib

31 Oktyabr 2025 14:03see128

Kişilərin ürəyi daha zəif olur Həkim təsdiqlədi

29 Oktyabr 2025 21:09see128

Pendirin beyinə faydası

29 Oktyabr 2025 22:03see127

İranın məqsədi nüvə silahı əldə etməkdir ŞƏRH

30 Oktyabr 2025 19:31see126

PKK Türkiyəni tərk edir bəs sonra?

30 Oktyabr 2025 10:18see125

Çin 2030 cu ilə qədər Aya insanlı eniş etməyi hədəfləyir

30 Oktyabr 2025 16:16see124

Moskvadan Parisin hərbi kontingent yerləşdirmək planına reaksiya

30 Oktyabr 2025 01:07see122

Teva xərçəng riski ilə əlaqədar olaraq təzyiq dərmanını geri çağırır

31 Oktyabr 2025 14:32see122

Nazir: Xızı Abşeron KES yaxın vaxtlarda istismara hazır olacaq

31 Oktyabr 2025 15:06see120

Çinin iqtisadi strategiyasında yenilik: Elektromobillər artıq prioritet hesab edilmir

30 Oktyabr 2025 06:45see120

Şabran sakinləri təhlükəli vəziyyətlə üz üzə qaldılar

31 Oktyabr 2025 01:36see119

Lukoyl Azərbaycandakı aktivlərini Putinin oliqarx dostuna satmaq istəyir

31 Oktyabr 2025 01:19see119

Makron: Konqoya 1,5 milyard avro yardım ayrılacaq

31 Oktyabr 2025 02:05see118

Acı bibər infarkt riskini azaldırmış

30 Oktyabr 2025 05:12see117

“Mançester Siti” ilin sonunadək Rodriylə müqaviləni uzatmağı düşünür

31 Oktyabr 2025 03:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri