Icma.az
close
up
RU
Coşqun Diniyev: “Baş məşqçinin vəzifədən uzaqlaşdırılmasını normal qarşıladıq” MÜSAHİBƏ

Coşqun Diniyev: “Baş məşqçinin vəzifədən uzaqlaşdırılmasını normal qarşıladıq” MÜSAHİBƏ

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

“Sabah-birigün hər hansı bir futbolçu ilə də yollar ayrıla bilər. Ona görə də bunu normal qarşıladıq. Elmar Baxşıyevə də uğurlar arzulayıram”.

Bunu “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Coşqun Diniyev sportinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 17-ci turunda səfərdə “İmişli” ilə bərabərə qaldınız. 2:2 hesablı heç-heçəni necə şərh edərdiniz?

- Oyun haqqında danışılası çox şey yoxdur. Özünüz də meydanın vəziyyətini gördünüz. Həqiqətən də belə qazonda futbol oynamaq çox ağırdır. 2026-cı ildə Azərbaycan Premyer Liqasında belə meydança... Bərbaddır. Bir nömrə kimi çıxış etmək istəyirdik. Lakin bu cür qazonda məşqçinin bizdən tələb etdiyi futbolu göstərmək çox çətin idi. Hər topda sürüşürsən, palçıq... İstədiyimiz olmadı. Qələbə qazansaydıq, bizim üçün daha sevindirici olardı.

- Qazonun vəziyyətini nəzərə alsaq, 1 xalı sizin üçün qənaətbəxş saymaq olar?

- Məncə, rəqiblə müqayisədə biz daha yaxşı idik. Baş məşqçimiz topun bizdə daha çox qalmasını istəyir. Biz də bunun üçün çalışırdıq. Rəqibdən daha yaxşı oynadıq. Sadəcə irəlidə bitiriciliyimiz çatışmadı. Son ötürmələr alınmırdı. Bu da dediyim kimi, qazonun durumundan irəli gəlirdi. Meydanın vəziyyəti normal olsaydı, 3 xal qazanardıq.

- Meydanın durumunu nəzərə almasaq, başqa nə çatışmadı qələbə üçün?

- Məncə, elə əsas problem meydançanın durumu idi. “İmişli” daha əvvəl burada oynayıb deyə öyrəşiblər. Həm də rəqibin sistemi texnikalı futbol tələb etmir. Ona görə də qazonun vəziyyəti bizə daha çox təsir etdi.

- İtirilən 2 xal “Araz-Naxçıvan”ın avrokubok iddiasına nə dərəcədə təsir edəcək?

- Əlbəttə, xal itkisidir. Avrokuboklara vəsiqə qazanmaq istəyən komanda “İmişli” ilə oyunda qələbə qazanmalıdır. Bizim də şansımıza yanvar ayında Quba səfəri düşdü. Nə etmək olar? Qarşıdakı matçlarda bu itkini sığortalamağa çalışacağıq.

- Elmar Baxşıyevin gedişindən sonra komandada nə dəyişib?

- Komanda çox böyük dəyişiklik olmayıb. Heç böyük dəyişiklik üçün vaxt da yox idi. Yeni baş məşqçinin rəhbərliyi altında cəmi 15 gün toplanış keçə bilmişik. Hər məşqçinin öz sistemi var. Yeni baş məşqçimizin sistemi daha çox 1 nömrə ilə oynamağımız və topun bizdə qalmasıdır. Məncə, məşqçinin istədiklərini edə bilsək, daha yaxşı “Araz-Naxçıvan” görə biləcəyik.

- Ümumiyyətlə, Elmar Baxşıyevin gözlənilmədən klubdan göndərilməsi futbolçulara necə təsir etdi?

- Əlbəttə, Elmar müəllimin vaxtında qazanılan nəticələr uğursuz deyildi. Sadəcə bu, rəhbərliyin verdiyi qərardır. Sabah-birigün hər hansı bir futbolçu ilə də yollar ayrıla bilər. Ona görə də bunu normal qarşıladıq. Elmar Baxşıyevə də uğurlar arzulayıram.

- Növbəti turda “Neftçi” ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Əlbəttə, çətin oyun olacaq. Lakin “Neftçi”yə qarşı daha yaxşı meydanda oynayacağıq. Hər iki komanda avrokuboklara oynamaq istəyir. Ona görə də çox maraqlı görüş olacağını gözləyirəm. İnşallah, sevinən tərəf biz olarıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Yanvar 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri