Icma.az
close
up
RU
"Mən başqa uşaqlar kimi böyümədim, çox peşmanam ki..." İlham Rəhimovla MÜSAHİBƏ+VİDEO

"Mən başqa uşaqlar kimi böyümədim, çox peşmanam ki..." İlham Rəhimovla MÜSAHİBƏ+VİDEO

Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.


RTV-də yayımlanan “Qaranlıqda həqiqət” layihəsinin xüsusi buraxılışında hüquq elmləri doktoru, professor İlham Rəhimov tanınmış yazıçı və hüquqşünas Müşfiq Abbasova geniş müsahibə verib.

Bakupost.az News24.az-a istinadla həmin müsahibəni təqdim edir:

-İlham müəllim, mənim üçün çox maraqlıdır, sizin mətbuata video formatda heç bir vaxt geniş müsahibə verdiyinizi görməmişəm. Nə yaxşı razılaşdınız bu müsahibəyə?

-Düzdür, həqiqətən mənim videokameralar qarşısında müsahibələr verməkdən xoşum gəlmir. Bu da onunla bağlıdır ki, özümü reklam eləməyi xoşlamıram. Amma sizin bu formatda, bu proqramla yayımlanan verilişlərinizin bir neçəsinə baxmışam. Azərbaycanın tanınmış şəxsləri ilə müsahibələrdə orijinallıq, nəsə yeni bir şey var. Həm də yaxşıdır ki, o tanınmış adamları Azərbaycanda hamıya daha da dərindən tanıdırsınız. Təbiidir ki, Azərbaycan cəmiyyəti o adamlar haqqında olanları bilməlidir, tanımalıdır onları. Ona görə də razılıq verdim.

-İlham müəllim, sizin uşaqlığınız Tovuz rayonunda keçib. Bizim hamımız üçün maraqlıdır, İlham Rəhimovun uşaqlıq illəri necə keçib?

-Uşaqların əksəriyyətinin uşaqlıq həyatı təxminən eyni keçir. Yəni ata-anaları ilə bir yerdə böyüyürlər. Mənim uşaqlıq həyatım isə bir qədər fərqli olub.

Təxminən 7-8 yaşım olanda atamla anam ayrılmışdı. Ona görə də mən kənddə nənəmlə, yəni atamın anası və babamla birlikdə yaşayırdım. Elə birinci sinfi də kənd məktəbində oxumuşam.

Hərdən bununla bağlı məndən soruşurlar, ümumiyyətlə insan özü özünə də sual verir ki, uşaqlıq dövrünün taleyi ilə özü razıdır, ya yox? Mənə belə sual verəndə, hətta özüm özümə bu sualı verəndə həmişə özümdən soruşuram: Bir tərəfdən düşünürəm ki, şikayət etməyə ehtiyac yoxdur. Yəni o mənada ki, uşaqlıq dövründən, 7-8 yaşımdan həyat elə gətirdi, mən başqa bir ailəyə düşdüm və gələcək yolum bununla müəyyən olundu. İndi deyə bilərəm ki, bu, uğurlu olub. Amma bunun o biri tərəfi də var. Bu da ondan ibarətdir ki, mən nə itirdim orada?

Mən ataları, anaları ilə birgə böyüyüb, həyatlarını onlarla birlikdə keçirən uşaqlar kimi böyümədim. Bu nöqteyi-nəzərdən çox şey itirdim. Məsələn, bəzi uşaqlar kimi ata-anasının, xüsusilə də anasının onun yanında olmasını, tez-tez “ay oğlum!” deməsini görmədim. Burada itirdim.

Mənə desəydilər ki, sən hansını istəyərdin? Tutaq ki, kənddə qalıb, anamla bir yerdə yaşayırdım. Amma elə alındı ki, atamla bir yerdə gedəsi oldum, o biri yolla getdim. Bu sualı verəndə, açığı, fikirləşirəm ki, istəyərdim, uşaqlıq dövründən böyüyənə kimi anamın yanında olaydım.

-Belə bir deyim var: Övlad nə qədər pir olsa da, anaya möhtac imiş. Ananızı tez-tez xatırlayırsınız?

-Aydın məsələdir, hamı ata-anasını tez-tez xatırlayır. Təbii. Amma maraqlıdır ki, bir müddətdən sonra, yəni onlar həyatını dəyişəndən sonra bu sualı tez-tez düşünürəm. Onlar həyatını itirəndən sonra onlar haqqında çox fikirləşir və onlarla olan münasibəti, hər şeyi özündən keçirirsən, ortaya çoxlu suallar çıxır. Mən özüm özümə sual verirəm ki, onlar həyatda olanda onlardan soruşmadım, necə oldu ayrıldınız? Təbii ki, onlarla əlaqələrim olub, gedirdim, görüşürdüm, çox sevirdim onları… Bunu özüm üçün aydınlaşdırmadım. İndi hesab edirəm ki, bu, mənim çox böyük səhvim idi. Çox peşman olmuşam. İndiyədək də bunun səbəbini bilmirəm. Yəni ayrı adamların söhbətlərindən nələrsə bilirəm, amma onların dilindən mən bunu eşitmədim. Heç özüm də soruşmadım, heç onlar da bu söhbəti açmadılar.

-Mənim bildiyimə görə, ananız bəy qızı olub…

-Atamla anam xala uşağı idilər. Amma bir az ögey xala uşağı olublar. Anam tərəf bəy nəslindən idi, anam bəy qızı olub. Atam isə əksər ailələr kimi, çox sadə bir ailədən çıxıb. Atamın atası, babası çoban olublar. Babalarımından ən böyük vəzifədə olanları böyük çoban olub.

-Bildiyimə görə, atanız Məhəmmədhəsən müəllim müxtəlif vəzifələrdə çalışıb. Ondan sizə hansı xüsusiyyətlər keçib? O xüsusiyyətləri özünüzdə aşkar eləmisiniz ki, o xüsusiyyətlər yadınıza düşəndə daim atanızı xatırlamısınız.

-Çoxları mənə deyir ki, mənim xasiyyətimdə iki cəhət birləşib. Birində atamdan, o nəsildən gələn xüsusiyyətlər var. Yəni necə deyərlər, sadəlik, zarafatcıllıq, özünü çox sərbəst aparmaq kimi xüsusiyyətlər o nəsildən gəlib. Bir də anam tərəfdən – bəylik nəslindən gələn xasiyyətdir. Onlardan gələn xüsusiiyət bir az ayrı cürdür. Onlar bir az özlərini bir qədər ayrı cür aparıblar. Görünür, başqa cür tərbiyə alıblar, ayrı davranış görüblər. Bu davranış mənə də keçib.

Sovet dövründə elə idi, sadə ailələrdən çıxan uşaqlara həmişə yol açıq olurdu. Kəndli, fəhlə ailəsindən olanlara oxumaqda da, vəzifədə də işıq, yol olub. Atam o yolla gedib, ali təhsil alıb, anam isə bəy qızı olduğuna görə heç orta məktəbi də düz-əməlli bitirə bilməyib. Yəni onlar üçün yol bağlı idi.

-Rejim artıq yolları onların üzünə bağlamışdı…

- Onlar sürgündə də olublar. Anam üç yaşı olanda sürgündə olub. Onlar iki dəfə sürgün həyatı yaşayıblar.

-Bəy qızı olduğuna görə…

-Bəli.

-İlham müəllim, siz Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alan ilk azərbaycanlı tələbə olmusunuz. Elə orada da ən yaxın dostlarınızdan biri olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə tanışlığınız başlayıb. Mənim üçün çox maraqlıdır, necə baş verdi o tanışlıq?

Müsahibənin tam versiyasını videomaterialdan izləyə bilərsiniz.




Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri