Icma.az
close
up
RU
Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” açılıb

Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” açılıb

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” – 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi açılıb.

XQ xəbər verir ki, mərasimdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat iştirak edirlər.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, “Caspian Agro Week”də müxtəlif ölkələrdən olan dövlət qurumlarının nümayəndələrinin, beynəlxalq təşkilatların, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, investorların, fermerlərin iştirakı kənd təsərrüfatının strateji əhəmiyyətini və bu sahədə beynəlxalq əməkdaşlığın genişlənən rolunu bir daha nümayiş etdirir.

Məcnun Məmmədov vurğulayıb ki, regionun aparıcı aqrar platformalarından biri kimi mövqeyini möhkəmləndirmiş “Caspian Agro” sərgisi bu il yeni konseptual yanaşma - “Caspian Agro Week” formatında təşkil olunur. Bu yanaşma çərçivəsində sərgi yalnız məhsul və texnologiyaların nümayişi ilə məhdudlaşmır, sektorun müxtəlif istiqamətlərini əhatə edən forumlar, həmçinin ölkədə fəaliyyət göstərən iri ixtisaslaşmış innovativ təsərrüfatlara təşkil olunan səfərləri özündə birləşdirir.

AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi sahəsində əldə edilən uğurlardan danışıb. Bildirib ki, Azərbaycan 73 ölkəyə qida və kənd təsərrüfatı məhsulları göndərir. Ötən il 914 min ton bitkiçilik məhsullarını özündə ehtiva edən məhsullar ixrac edilib.

KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “Caspian Agro Week”in kiçik və orta biznes subyektləri üçün yaratdığı imkanlardan bəhs edib, sərgilərin əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən nüfuzlu tədbirinə və milli brendə çevrilmiş “Caspian Agro Week” və “InterFood Azerbaijan” aqrar-qida sərgiləri mayın 8-dək davam edəcək və 45 ölkədən 447 şirkəti bir araya toplayıb. Sərgilərdə tətbiq olunan yeniliklərdən biri də odur ki, “InterFood Azerbaijan” sərgisi vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda keçirilir.

İk dəfə olaraq “Caspian Agro Week” və “InterFood Azerbaijan” sərgiləri zamanı “Hosted Buyer” (Alıcı missiyası) proqramı təşkil olunur. “InterFood Azerbaijan” sərgisi çərçivəsində iştirakçılar və dəvət olunmuş şirkətlər üçün “Retail Center - Ticarət şəbəkələrinin görüş mərkəzi” fəaliyyət göstərir. Sərginin ayrılmaz hissəsi olan ənənəvi “Qızıl Şah 2026” Beynəlxalq Kulinariya Çempionatında 11 ölkədən olan 22 komanda müxtəlif kateqoriyalar üzrə birincilik uğrunda mübarizə aparacaq. İştirakçılardan 73-ü xarici ölkələrdən qatılan aşpazlardır. Həmçinin Azərbaycanın müxtəlif regionlarından olan fermerlər üçün sərgi turlarında 51 bölgədən 500-dən çox fermer iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 May 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri