Cavab görüşü ilk matçdan çox da fərqlənməyəcək
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
UEFA Konfrans Liqasında mübarizəni davam etdirən "Qarabağ" həftəiçi "Tvente" ilə pley-off mərhələsinin cavab görüşünə çıxacaq. Ağdam təmsilçisi səfərdə keçirdiyi ilk görüşdə 1:0 hesabı ilə qalib gəlib.
Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb cavab matçından nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Cavab görüşü ilk matçdan çox da fərqlənməyəcək. Revanş qarşılaşmasında da hər iki tərəfin qarşılıqlı hücumlarını izləyəcəyik. "Tvente" 1 top fərqlə geri olduğuna görə bəlkə daha riskli oynaya bilər. Amma hesab edirəm ki, komandamız Bakıda daha üstün futbol nümayiş etdirəcək. Niderlandda 1-ci hissənin ortaları və ikinci hissədə oynadığımız oyunun davamı gəlməlidir. Zədədən qayıdan futbolçular olacaq. Belədə oyunçu dəyişmək seçimləri daha çox olar. Birinci görüş onu göstərdi ki, "Qarabağ" "Tvente"ni mübarizədən kənarlaşdıra bilər".
Qeyd edək ki, tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Avqust 2026 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















