Icma.az
close
up
RU
Cavabların qeyri şəffaf, qeyri peşəkar yoxlanılmasından narahat olmalıyıq Təhsil eksperti

Cavabların qeyri şəffaf, qeyri peşəkar yoxlanılmasından narahat olmalıyıq Təhsil eksperti

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bildiyimiz kimi, hazırda universitetlərdə imtahan sessiyası keçirilir. Bəzi universitetlərdə isə verilən imtahanların cavabları gec açıqlanır. Bunun səbəbi nədir və bununla tələbələr şikayətlərini kimə bildirməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan təhsil eksperti Elmin Nuri bildirdi ki, yerli ali təhsil müəssisələrində sessiya imtahanları iki formada keçirilir: yazılı və test. 

"Testologiya prinsipləri əsasında keçirilən imtahanlar onlayn qaydada aparılır və bu məlum qəbul qaydası ilə tələbə adını qazanan gənclər üçün daha əlverişlidir. Onlar bu formaya həm psixoloji, həm də praktiki olaraq çox hazırlıqlıdırlar. Üstəlik, onlayn qaydada verilən imtahanların nəticələri də tez bir zamanda məlum olduğu üçün tələbələrin bu forma ilə bağlı hər hansı şikayətləri olmur. Cavabların gec açıqlanması, yoxlamaların ləng həyata keçirilməsi daha çox yazılı formada keçirilən imtahanlarla bağlıdır. Amma bunun o qədər də ciddi problem kimi qəbullanmasının tam əleyhinəyəm".

Ekspert qeyd etdi ki, imtahanları yazılı formada yoxlanıldığı zaman əsasən onun yoxlama sürətinə deyil, prosesin şəffaflıq və peşəkarlığına daha çox diqqət ayrılmalıdır.

"Yoxsa, “cavablar niyə gec açıqlandı?”, “başqa universitetlərdə bir günə olduğu halda, bizdə niyə 3 günə bilindi?” kimi sualları və iradları açığı çox da ciddi hesab etmirəm. Tələbə nigaranlığını anlayıram - hər birimiz o yoldan keçmişik, - amma cavabların bir, yoxsa, bir neçə günə açıqlanması nəyi dəyişdirəcək ki?! Bir daha təkrar edirəm, bundan yox, cavabların qeyri-şəffaf, qeyri-peşəkar yoxlanılışından daha çox narahat olmalıyıq. 

İnanaq ki, universitetlərimiz məhz bu aspektdən işlərini daha yüksək səviyyədə həyata keçirəcəklər. Yazılı sualların əslində, bir yox, bir neçə müəllimdən keçməsi daha təqdirəlayiqdir. Bildiyim qədər, bu metod yalnız mübahisəli məsələlərdə, yəni cavablandırmalar zamanı mübahisə doğuran mexanizmlərdə tətbiq olunur. Təklif edərdim ki, hər yazılı tapşırığa verilən cavabların dəyərləndirilməsi hər dəfəsində bir yox, bir neçə müəllim tərəfindən aparılsın. Bu, işin keyfiyyətinin daha da yaxşılaşmasına səbəb olar. Bu, bir tərəfdən əlavə resursa və yoxlama üçün daha çox zamana ehtiyac yaratsa da, keyfiyyətin artırılması üçün çox vacibdir. Çünki hazırda bizim tələbələrə daha sürətli cavablamalardan çox, daha şəffaf və daha keyfiyyətli nəticələr lazımdır",- deyə Elmin Nuri vurğuladı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 İyun 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri