Icma.az
close
up
RU
Əksər universitetlərdə şəffaf və rüşvətsiz təhsil sistemi qurulub RƏY

Əksər universitetlərdə şəffaf və rüşvətsiz təhsil sistemi qurulub RƏY

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Son 7 ildə Tibb Universitetində tələbədən rüşvət alan 6 müəllim işdən uzaqlaşdırılıb.

Bunu "Xəzər Xəbər"ə müsahibəsində universitetin rektoru Gəray Gəraybəyli deyib.

O qeyd edib ki, hazırda universitetdə heç bir rüşvət və ya qeyri-qanuni ödəmələrdən söhbət gedə bilməz.

Rektor qeyd edib ki, ölkədə çoxlu plastik-estetik cərrah olsa da, hazırda bu sahədə rezidentura təhsili alan 7 tələbə var, məzun olan isə cəmi 3 nəfərdir.

Rektor həmçinin bildirib ki, universitetin yataqxanası tələbələrin ehtiyaclarını qarşılamır. Bu səbəbdən də yeni yataqxana tikilməsi planlaşdırılır.

Gəray Gəraybəyli Azərbaycan Tibb Universitetinin müxtəlif dövrlərdə sosial şəbəkələrdə gündəmə gələn, müzakirə olunan geyim kodekslərindən də danışıb.

Rektor onu da xüsusi olaraq qeyd edib ki, universitet tələbələrinin adına saxta səhifələr yaradılması və həmin səhifələrdə qeyri-etik paylaşımlar edilərək tələbələrin şantaj olunması məsələsi araşdırılır. Artıq hüquq-mühafizə orqanlarının əməkdaşları bir neçə tələbənin şikayətini dinləyiblər, lazımi tədbirlər görülür.



Təhsil eksperti Elçin Süleymanov “Sherg.az”a bildirib ki,  son illərdə təhsildə, təhsil sistemində, universitetlərin inkişafında kifayət qədər ciddi nailiyyətlər əldə olunub, müəllimlərin əməkhaqqı artırılıb, universitetlər elektron sistemə keçib: 


“Hazırda ali təhsil müəssisələrində nadir hallarda nöqsanlar olur. Hətta ümumi olaraq kifayət qədər şəffaflığın olduğunu düşünürəm. Çünki köçürmələr elektronikdir. Yəni burada insan faktoru demək olar ki, yoxdur. Eyni zamanda bir çox universitet qəbul sistemi, elektron imtahan sistemi və kağızlarının yoxlanmasına görə şəffaflıqla əlaqəli addımlar atıb. Ona görə də kütləvi olaraq hansısa bir universitetdə rüşvət sistemi olduğunu demək haqsızlıq olar. Təbii ki, təhsildə rüşvət bağışlanmazdır. Bununla əlaqəli həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində müddəalar nəzərdə tutulur. Digər tərəfdən artıq ali təhsildə rəqabət sistemi də var. Yəni ali təhsildə özünü kifayət qədər yaxşı inkişaf etdirən şəxslər üçün maddi qazanc imkanları da, alternativlər də var ki, bu da rüşvət almağa heç bir əsas verməz. Eyni zamanda elm və ali təhsil üzrə agentlik elmi nəşrlərə görə mükafat sistemi tətbiq edir. Bu da tədqiqat institutları üçün yaxşı bir motivasiyadır. Həmçinin digər universitetlərdə də nəşrlərə və məqalələrə görə mükafat sistemi var. Belə proses içərisində rüşvət faktları olarsa, universitet rəhbərliyi buna qarşı ciddi addımlar atmalıdır. Ümumiyyətlə Elm və Təhsil Nazirliyi bu istiqamətdə neqativ hal olan zaman təcili reaksiya göstərir. Qanunu və etik qaydaları pozan birinə anında müdaxilə olur, məsələ araşdırılır və obyektiv qiymət verilir. Düşünürəm ki, hazırda universitetlər birinci hədəfi başa çatdırıblar. Yəni artıq əksər universitetlərdə şəffaf və rüşvətsiz təhsil sistemi qurulub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Mart 2025 15:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri