Icma.az
close
up
RU
Cavanşir Quliyev “Günəşin musiqi dəftəri”

Cavanşir Quliyev “Günəşin musiqi dəftəri”

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün biz də Günəşin

Musiqinin diliylə

Həyatını izləyək.

Onun bir gün ərzində

Nə etdiyini görək.

Təqdim etdiyimiz misralar Tərlan Seyidov adına Uşaq Opera Teatrı tərəfindən 2025-ci il mart ayının 12-də Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyevin 75 illik yubileyinə həsr edilmiş “Günəşin musiqi dəftəri” adlı tamaşasının əvvəlində səsləndirilmiş və tədbirin necə maraqlı, eyni zamanda sirr ilə dolu olmasını tamaşaçılara aşılamışdır.

Həmin gün bütün dinləyicilər uşaqların gözəl, təmiz, işıqlı, şıltaq, zarafatcıl dünyasına səyahət etdilər. Uşaq dünyasının nə qədər rəngarəng boyalı olması bir daha göz önündə canlandırıldı. Maraqlı anlardan ən əsası odur ki, burada bütün nömrələr öz səmimiliyi, incəliyi ilə bizə uşaqların hər işə sevgi ilə yanaşmasını nümayiş etdirirdi.

Cavanşir Quliyev 7 il öncə yazdığı 11 proqramlı pyesdən ibarət “Günəşin musiqi dəftəri” piano məcmuəsini əziz, sevimli nəvəsi Günəş Nərmin Tarcana həsr etmişdir. Məhz Tərlan Seyidov adına Uşaq Opera Teatrının bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda Məmmədovanın rəhbərliyi ilə pyeslər əsasında musiqili-tamaşanın hazırlanması ideyası irəli sürülmüş və Sevda xanımın rəhbərlik etdiyi Ü.Hacıbəyli adına BMA-nın məktəb-studiyasının şagirdlərinin iştirakı ilə musiqili-tamaşa kimi hazırlanmışdır. Onu da qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Məzahir Həşimov və poetik mətn müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən Baxşıyevadır. Bu yaradıcılıq tandemi hər il yeni, maraqlı işlər ilə həm uşaqları, həm də dinləyiciləri sevindirir və Tərlan Seyidov adına Uşaq Opera Teatrının repertuarına maraqlı əsərlər daxil edirlər.

Haqqında söz açdığımız tamaşada Cavanşir Quliyev nəvəsi Günəşin bir gününü – səhərdən başlayaraq gecəyə qədər gördüyü, yaşadığı anları təsvir etmişdir. Kiçik qızcığazın gün ərzində nə qədər fərqli əhval-ruhiyyələr yaşaması bir-birindən rəngarəng, eyni zamanda kontrastlı musiqi nömrələrində təcəssüm olunmuşdur.

Tamaşada piano üçün yazılmış musiqi nömrələri və onların ifaçıları aşağıdakılardır: 1. “Günaydın, Günəş!” Mehriban Abbaslı (III sinif), 2. “Günəşin səhər idmanı” Mikayıl Qasımlı (VI sinif), 3. “Günəşin birinci valsı” Aişə Əliyeva (V sinif), 4. “Şıltaq Günəş” Məryəm Axundzadə (V sinif), 5. “Günəşin günorta yuxusu” Məryəm Quluzadə (VI sinif), 6. “Günəşin təbəssümü” Araş Seyfpur (V sinif), 7. “Günəşin oyuncaqları” Hüseyn Quliyev (VII sinif), 8. “Günəşin ikinci valsı” Gülay Məmmədzadə (VI sinif), 9. “Günəş gəzintidə” Rauf Bağırzadə (VII sinif), 10. “Melanxolik Günəş” və 11. “Gecən xeyrə qalsın, Günəş” Gülər Mahmudzadə (IX sinif).

Səslənən musiqi nömrələri hər bir şagirdin ifasında rəngarəngliyi, özünəməxsusluğu və əsas qəhrəman Günəşin həmin anda mövcud olan hiss və duyğularını ahəngdarlıqla açırdı. Bu baxımdan şagirdlərin yüksək hazırlıq mərhələsi keçməsini və ciddi surətdə pyeslərin ifası üzərində çalışmasını xüsusilə vurğulamalıyıq. Hər bir şagirdin bu cür gözəl ifa təqdim etməsində biz Məktəb-studiyasının müəllimlərinin peşəkar işini yüksək qiymətləndirib, hər birinə öz dərin minnətdarlığımızı bildiririk. 

Maraqlıdır ki, səslənən pyeslər ardıcıllığında şagirdlərin digər qismi isə səhnədə rəqs etmələri, oyun oynamaları ilə tamaşanı daha da rövnəqləndirmişlər. Bu baxımdan əsas qəhrəman Günəşi Selcan Əşrəfzadə, Günəşin oyuncaqlarını – dinozavr obrazını Mehdi Kərimli, əjdahanı Nadir Qasımlı, qarğanı Cəmilə Süleymanova, gəlinciyi Məryəm Hüseynzadə, pişiyi Sofiya İsmayılova, iti Uğur Həşimzadə, pəriləri Sünbül Şabanlalə, Safira Bayramova, Nilufər Hüseynzadə, Leyla Mahmudlu canlandırırdı. Aparıcı Elşad Məmmədli xüsusi nitq və aktyorluq qabiliyyəti nümayiş etdirərək musqili tamaşanın süjet xəttini ardıcıl şəkildə dinləyicilərə çatdırırdı.

Gördüyümüz kimi, professor Tərlan Seyidov tərəfindən əsası qoyulan və onun adını daşıyan Uşaq Opera Teatrı bir sıra uğurlara, yeni addımlara imza ataraq bu gün də öz yüksək fəaliyyətini davam etdirir. İnanırıq ki, mərhum Tərlan müəllim yaratdığı teatrın inkişafını məhz bu zəmində görürdü. Doğrudan da uşaqlara bəxş olunan sevinc dəqiqələrini, çöhrələrindəki sevgi və gülüşünü həyatımızın ən önəmli anları saya bilərik. Biz bu xüsusda Sevda xanım başda olmaqla, rejissor Məzahir Həşimova, poetik mətnin müəllifi Aytən Baxşıyevaya, məktəb-studiyanın bütün müəllimlərinə, orada fəaliyyət göstərən hər bir şəxsə və ən əsası bizim əziz, dəyərli, mehriban uşaqlarımıza dərin minnətdarlığımızı bildirib yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

Leyla Zöhrabova

Sənətşünaslıq üzrə elmlər doktoru, dosent

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Mart 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri