Icma.az
close
up
RU
Cavanşir Quliyev: Televiziya əməkdaşları peyğəmbərdir?

Cavanşir Quliyev: Televiziya əməkdaşları peyğəmbərdir?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“Gələcəkdə süni intellekt yeni musiqi forması icad edə bilər. O zaman bizim peşəmiz bitəcək. Məndən soruşsanız, bu baş verəcəkmi? Dəqiq deyə bilmərəm. Amma 50/50-yə olduğunu düşünürəm”.

Bunu “Cebheinfo.az”-a açıqlamasında bəstəkar Cavanşir Quliyev bildirib. 

“Süni intellekt hələ uşaq yaşındadır. Deyirlər ki, artıq musiqi də bəstələyir. Eşitmişəm. O qədər də pis deyil. Əgər deməsələr ki, bu musiqini süni intellekt yazıb, insan düşünər bunu kim yazıb, Əhməd, yoxsa Məmməd? Bax belə. Amma təbii ki, hələlik yeni bir şey icad edə bilmir. Sadəcə internetdə araşdırma aparır, ona verilən suala uyğun olaraq oxşar materialları bir araya gətirir, düzəldib verir. Bəli, bunu bacarır. Dediyim kimi, mahnı da yazır. 

Amma hansısa gənc Eldar Mansurova deyib ki, mən səndən daha yaxşı musiqi yazıram. Onu artıq yalan deyir. Çünki onu gənc özü yazmır. Süni intellekt yazır. Sadəcə süni intellektə müraciət edir, o da yazır. Amma ümumilikdə, süni intellekt, bu texnologiya inkişaf etdikcə, insan fəaliyyət sahələrinin bəzilərini yavaş-yavaş əlindən alacaq. Daha doğrusu, yardım olaraq insan yerinə bu işləri görəcək. Hətta çalışsa, bir gün gəlib bədii yaradıcılığa da çıxa bilər. 

Vaxtilə Rusiyada bir bəstəkar dostum vardı. Mən Rusiyaya gedəndə, onunla tez-tez mübahisə edirdik. O deyirdi ki, gələcəkdə kompüterlər bizi əvəz edəcək. Mən isə deyirdim ki, kompüter bir çox şeyi edə bilər, bizim işimizi asanlaşdıra, sürətləndirə, tezləşdirə bilər, amma yeni bir şey yarada bilməz. Çünki bizim sənətimiz hiss və duyğularla bağlıdır. Kompüter isə hiss etmir, o, sadəcə hesablama maşınıdır. Dostum isə deyirdi ki, o hiss və duyğunu da hesablamaq mümkün olacaq, bir gün yeni bir şey də icad oluna bilər. Belə mübahisələrimiz olurdu. Mən onunla heç cür razılaşmırdım".

Bəstəkar deyib ki, son vaxtlar artıq öz mövqeyinə şübhə ilə yanaşmağa başlayıb:

"Düşünürəm ki, bəlkə də mümkündür. Bu gün olmasa da, gələcəkdə süni intellekt yeni musiqi forması icad edər. Bu halda, bizim peşəmiz də təhlükə altına düşə bilər. O zaman bizim peşəmiz bitəcək. Məndən soruşsanız, bu baş verəcəkmi? Dəqiq deyə bilmərəm. Amma 50/50-yə olduğunu düşünürəm”.

Bəstəkar bu gün daha çox dəbdə olan müsiqilərə də öz fikrini bildirib:

“Mən gündəmdə olan müğənniləri dinləmirəm. Ona görə də onlar barəsində nəsə deyə bilmərəm. Amma müasir musiqi deyəndə nəyi nəzərdə tuturuq? Gündəmdə harada olur musiqi? Axı o musiqi radio və televiziyada səslənməsə, gündəmə gəlmir. Biz verməsək, o musiqiləri necə gündəmdə olur? Televiziya əməkdaşları peyğəmbərdir? Efirə doğru şeylərmi verirlər? Yəni, gündəm olan şey nədir, haradan doğur, nədən qaynaqlanır? Bunlar hamısı şübhəli və mübahisəlidir. 

Əslində musiqinin, ümumiyyətlə, bədii sənətin iki əsas cəhəti olur: keyfiyyətli və keyfiyyətsiz.

Köhnəsi, təzəsi, gündəmi və ya gündəmsizi, belə şeylər olmur. Baxın, Tofiq Quliyevin mahnıları 60-70 il öncə bəstələnib. Bu gün o mahnılar yenidən populyarlıq qazanır, gündəmdə olmağa başlayıb. Niyə? Çünki keyfiyyətlidir. Deməli, "müasir musiqi" anlayışı nisbidir. Əgər bir musiqi bu gün səslənirsə, o, müasir musiqidir. Çünki onun başqa bir keyfiyyəti yoxdur. Deyəsən ki, bu müasirdir, amma bu yox. Onu dəyərləndirən tək meyar budurmu? Xeyr. Musiqi modaya bənzəməz. Məsələn, geyimdə boyun uzunluğu və ya şalvarın eni dəyişə bilər. Musiqidə isə bu cür "dəyişkən moda göstəriciləri" yoxdur. Əgər belə olsaydı, Bethoven bu gün dinlənilməzdi. Halbuki bu gün dünyada ən bahalı bilet satışı məhz onların əsərlərinə aiddir. Onlar 400-500 il bundan qabaq yaşamış və yaratmış adamlardır. Həmçinin, yazdıqları "köhnədir". Onda onu dinləməyin, çünki köhnədir”. 

Cavanşir Quliyev yeni bəstələr üzərində işlədiyini qeyd edib:

“Mən artıq üç ildir Azərbaycandayam. Qayıtmışam. Bəzən Kiprə gedib-gəlirəm, çünki orada bəzi əşyalarım qalıb. Ona görə də hərdənbir gedib gətirirəm. Yaxşıyam inşallah. Yavaş-yavaş buradakı həyata uyğunlaşıram. 

Yeni bəstələr üzərində işləyirəm. Son bir- iki il ərzində "YouTube" kanalımda 20-30 yeni mahnı paylaşmışam”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:263
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see508

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see410

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see342

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see309

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see284

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see275

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see275

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see264

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see232

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see226

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see219

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see214

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see213

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see212

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see211

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see210

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see206

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see199

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see182

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri