Icma.az
close
up
RU
Cavidin yosma gözəlinin taleyi, yaxud Koroğlu filminin pərdəarxası gizlinləri Azər TURAN

Cavidin yosma gözəlinin taleyi, yaxud Koroğlu filminin pərdəarxası gizlinləri Azər TURAN

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu barədə ilk dəfə "Cavidnamə" kitabımda yazmışdım. Hüseyn Cavidin son yaradıcılıq yaşantıları "Koroğlu" filminin ssenarisi ilə bağlı olub. Turan Cavidin məndə olan səs yazısında belə bir fraza var: ""Koroğlu" üzərində çalışarkən, babanın gözləri xeyli zəifləmişdi, buna görə də evə gətirdiyi qalın-qalın kitabları biz oxuyar, o isə dinləyib qeydlər edərdi". Demək ki, "Koroğlu" ssenarisi üzərində işə başlayıbmış... Mişkinaz xanım isə Cavidin həbs olunduğu 3 iyun gecəsi barədə "Cavid haqqında xatirimdə qalanlar" memuarında həm də bunları yazıb: "Nədənsə, bu gün evə çox gec gəldi... Qapıdan girən kimi: "Nə istəsən, alacam sənə, amma əvvəl mən istəyəni alacam," - dedi. Onun qulağa yapışan brillyant sırğadan xoşu gəlirdi. "Xeyir ola, bu sərvət əcəb?" "Kinostudiyadan gəlirəm. Bu gün "Koroğlu" ssenarisinin müqaviləsini bağladıq. Ayın 5-də beş min manat alacağam. Qalanını da film çəkilib qurtarandan sonra verəcəklər". Çörəyini yedi. Keçdi yataq otağına. "Bir saat yatım, sonra durub işləyəcəm", - dedi... Saat 8-də Cavid yuxudan durdu, üzünü yudu, çay içdi: "Həə... İndi işləmək lazımdı. Bir neçə göstərişim var, gərək onları edim ki, sabah aparıb verə bilim..."

1937-ci ildə kinostudiyanın ssenari şöbəsinin müdiri vəzifəsində çalışmış Sabit Rəhman 1970-ci ildə "Ədəbiyyat və incəsənət" qəzeti"ndə (4 iyul) dərc etdirdiyi "Hüseyn Cavid haqqında" adlı məqaləsində bildirirdi ki, "O zaman Aziyatski (indiki P.Montin) küçəsində mənim bir otağım var idi. Ailəmlə bərabər bu otaqda yaşayırdım. Cavid tez-tez bizə qonaq gəlirdi. Mənimlə söhbət edər, zarafatlaşardı. Əlbəttə, aramızda müəyyən müəllim-tələbə pərdəsi daima qalırdı. Cavid hərdənbir şəxsi planlarından və istəklərindən də danışardı. Mən bu söhbətlərdən başa düşdüm ki, Cavid kino üçün "Koroğlu" ssenarisini yazmaq istəyir. Odur ki, studiyanın rəhbərləri ilə söhbət aparmağa başladım. Cavidin əleyhdarları çox idi. Onları razı salmaq çətin idi. Ancaq mən məsələni həll edib Cavidlə müqavilə bağladım. Təəssüflər olsun ki, iş bununla qurtardı. Dalını davam etdirə bilmədik". Mişkinaz xanımın və Sabit Rəhmanın xatirələrindən belə anlaşılır ki, "Koroğlu" filmi ilə bağlı müqavilə iyunun 3-də - Cavidin həbs olunduğu gün bağlanıb.

Anarın "Cavid ömrü" filmində də Cavidin yazdığı "Koroğlu" ssenarisi, kinostudiyanın Cavidlə bağladığı müqavilə və hətta sırğa məsələsi kinofirmanın əməkdaşı ilə Mişkinaz xanımın söhbəti epizodunda aydın şəkildə qabardılıb.

Maraqlıdır, müqaviləyə qol çəkəndə Cavid əfəndi "əleyhdarlarının çox olduğu" kinostudiyaya "Koroğlu"suzmu getmişdi? Axı Turan Cavidin də söhbətindən anlaşılır ki, müqavilə imzalanana qədər o, ssenari üzərində çalışmağa başlayıbmış. Elə isə bu gün imzalanan müqavilənin, sabah alacağı qonorarın müqabilində Cavid yazdığı mətndən hansısa parçanı ssenari şöbəsinə təqdim etməmişdimi?

Üstündən 23 il keçəndən sonra, 1960-cı ildə Sabit Rəhmanın ssenarisi ilə "Koroğlu" filmi çəkildi. Həmin filmdə Dəli Həsənin oxuduğu dillər əzbəri bir türkü var. Musiqisi Cahangir Cahangirovundur. Bəs sözləri kimindir? Filmdə ifa olunan mahnı mətnlərinin müəllifi kimi titrdə Zeynal Cabbarzadənin və Tələt Əyyubovun adları qeyd olunub. Ümumiyyətlə, "Koroğlu" filmində üç mahnı səslənir: Tələt Əyyubovun sözlərinə "Koroğlunun mahnısı", Zeynal Cabbarzadənin sözlərinə "Rəqqasənin mahnısı". Bir də müəllifi bəlli olmayan "Dəli Həsənin mahnısı".

Maraqlıdır ki, Cahangir Cahangirovun 1961-ci ildə Azərbaycan Dövlət Musiqi Nəşriyyatında çap olunmuş "Mahnılar" kitabına da "Koroğlu" filmindən məhz həmin mahnılar - "Rəqqasənin mahnısı" və "Koroğlunun mahnısı" daxil edilib. "Dəli Həsənin mahnısı" heç Cahangir Cahangirovun kitabında da yoxdur. Necə olurdu, "Koroğlu" filminin çəkilişindən bir il sonra çap olunmuş mahnılar kitabına bəstəkar digər iki mahnını daxil edir, buna rəğmən, daha populyar olan "Dəli Həsənin mahnısı" kənarda qalır?.. "Dəli Həsənin mahnısı" Sabit Rəhmanın yazdığı ssenarinin 1960-cı ildə çap olunmuş variantında da yoxdur. Hətta İran Şahının hərəmxanasına aparılan gözəl gürcü qızları barədə Gürcü oğlunun Koroğlu ilə söhbəti, gürcü qızlarının əsirlikdən azad edilməsi və həmin mahnının oxunduğu epizodun özü də ssenaridə yoxdur. Məncə, "Dəli Həsənin mahnısı"nda fikir həyatımızın sirlərindən biri gizlənib. 1960-cı ildə çəkilən filmdəki mahnılardan birinin mətninin məhz bu üslubda yazılması hansı zərurətdən doğurdu? Bu məqamda, istər-istəməz filmin ilk ssenari müəllifi olmuş Hüseyn Cavid yada düşür. Məncə, "Dəli Həsənin mahnısı" adıyla oxunan məşhur mahnının sirrini elə bu nöqtədə aramalıyıq. Həm də ona görə ki, mahnının sözləri, yəni buradakı dil türkcənin həm Anadolu, həm İstanbul, həm də Azərbaycan ləhcəsindədir. Nə Anadoluda, nə İstanbulda, nə də Azərbaycanda Caviddən başqa belə bir dildə yazan başqa bir türk şairi yoxdur.

Mahnının sözləri ilk misrasından son misrasınacan Cavidin dilini xatırladır və adam inanmaq istəyir ki, "Bana-bana gəl, qaçma gözəl" mahnısının sözləri də bir başqasının deyil, elə Cavid əfəndinin qələmindən çıxıb... Burada həssas bir nüans da var: "Dəli Həsənin mahnısı" gürcü qızlarını əsirlikdən azad edən Dəli Həsən tərəfindən oxunur. Kontekstdən belə nəticə hasil olur ki, bu bir eşq nəğməsidir. Gürcüstanda gürcü qızı Xumara aşiq olan Şeyx Sənan kimi, Dəli Həsən də bu gözəl eşq nəğməsini əsirlikdən azad etdiyi gürcü qızlarından biri haqqında oxuyur...

Yüz qızdan birini sevərim,

Yolunda canımı verərim.

Bana-bana gəl, qaçma gözəl.

Nerdə olsan, atı çaparım yar,

Səni taparım yar.

Gəl gözəlim, yar, yosma.

Dağlarda məskən sala bilərim,

Qəlbini versən, ala bilərim.

Öl desən, vallah, ölə bilərim.

Qaçma məndən yavrum,

Qaçma məndən yosma.

Şimşəyim, dağlarda çakarım,

Dağları oduna yakarım.

Bana-bana gəl, qaçma gözəl,

Nerdə olsan, atı çaparım, yar,

Səni taparım, yar.

Gəl gözəlim, gəl yosma

. "Çakarım"la "yakarım", yalnız İstanbulda, "Çaparım"la "taparım" isə, yalnız Azərbaycanda həmqafiyə ola bilərdi. Və dediyim kimi, türk ədəbiyyatında bunu Caviddən başqa heç kəs edə bilməzdi. "Nerdə olsan, atı çaparım yar, / Səni taparım yar"... Azərbaycan türkcəsində "nerdə olsan" deyil, "harda olsan" yazılmalıydı. Anadoluda isə atı çapmırlar, koşdururlar və gözəli nerdə olsa tapmırlar, onu bulurlar.

Bu, Cavidin yaratdığı dilin şeiridir. Şeirin quruluşunun, mətndəki poetik harmoniyanın, sərrastlığın, cazibədar intonasiyanın Cavidə məxsus olduğunu sübut etməyə ehtiyac yoxdur. Nəhayət, şeirdəki gözəl və yosma qadın. "Qaçma məndən yosma", yaxud "Gəl gözəlim, gəl yosma" Cavidin bu şeirdəki möhürüdür.

Bu mətnin Cavid əfəndiyə aid olduğunu kimsə söyləməyib. Kaş ki, bu mətnin Cavid əfəndiyə aid olmadığını da kimsə iddia etməsin...

Azər TURAN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Yanvar 2025 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see403

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see386

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see299

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see291

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see257

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see249

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see230

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see148

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see133

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri